Məhkəmə qərarları › İş №3(004)-1952/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1952/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1952/2021 07.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X6 iclas katibliyi ilə, Müdafiəçi: Vəkil iştirakı ilə, xx.xx.1954-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yerləşən "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: İcra məmurunun 26.10.2018-ci il tarixli qərarı ilə icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, 03.06.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” şəhərciyində yerləşən "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillərinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılmalı və göstərilən pilləkən marşları üzlük daşlarla üzlənilməlidir. -ünvan üzrə binanın 2-ci girişində 3-cü lift quraşdırılmalı, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığı mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməlidir. -ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsi təmin edilməlidir. -girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə işıqlandırılmalıdır. -girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməlidir. -pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməlidir. -girişin 16,17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlanma işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməlidir. -girişin 16,17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qarşlı sahələri (dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılmalıdır. -binanın 2-ci girişində ümumi havandırılma sisteminin quraşdırılması ilə bağlı qüsur (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranın 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi borclu "xxxx" MTK-ya və Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. - Ekspertiza tətqiqatının dəyəri olan 100 manat məbləğində pul borcludan tutularaq Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin icra məmurunun 28.02.2020-ci il tarixli qərarı ilə icraata başladığı Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 9271/2019 nömrəli, 16.07.2019-cu il tarixli icra sənədinə əsasən borclular "xxxx" MTK və Şəxs 29.01.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Yasamal Rayon Məhkəməsinin 03.06.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 13.08.2018-ci il tarixli, 37/36-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X1 “kommunal xidmət” üzrə ödəniş tələb olunması qanunsuz hesab edilməli və kommunal xidmətlər üzrə borclu "xxxx" MTK-nın mühasibət sənədlərində tələbkarın adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi üzərlərinə qoyulmalıdır. X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət”ə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsi borclu "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Borclu "xxxx" MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində tələbkarının mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin tələbkar verilməsindən imtina etməsi qanunsuz hesab edilməlidir. Kooperativin nizamnaməsinin, kooperativə üzvülük kitabçasının, tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin tələbkar X7 verilrnəsi vəzifəsi borclu "xxxx" MTK-ya həvalə edilməlidir. Kooperativin nizamnaməsinin, kooperativə üzvülük kitabçasının, tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin tələbkar X7 verilrnəsi vəzifəsi borclu "xxxx" MTK-ya həvalə edilməlidir. Həmin icra sənədləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 54.1-ci maddəsinə əsasən yuxarıda qeyd olunan icra sənədləri 11.02.2021-ci il tarixdə ümumi icraatda birləşdirilmişdir. İcra sənədləri üzrə başlanılmış icraat zamanı borclu "xxxx" MTK tərəfindən könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədləri üzrə tələb yerinə yetirilməmişdir. Həmin icra sənədinin icra edilməməsi ilə bağlı bir neçə dəfə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərilmişdir. İcra məmurunun tələblərindən sonra icra sənədləri qismən icra olunmuşdur. Dəfələrlə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs icra sənədləri üzrə tələbin tam icrası tələb olunsa da, vəzifəli şəxs qismində icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə borclu "xxxx" MTK tərəfindən icra sənədi üzrə tələb hazıradək tam yerinə yetirilməmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, 03.06.2016-cı il tarixli icra sənədində təsbit olunan 10 bənddən 7 bənd üzrə tələb borclu "xxxx" MTK tərəfindən yerinə yetirilməmişdir; binanın 2-ci girişində quraşdırılmış 3-cü liftin istismara yararlığını təsdiq edən mütəxəssislərin rəsmi rəyi yoxdur; binanın 2-ci girişində 3 liftin heç birində xilasetmə məntəqəsi ilə əlaqə sistemi quraşdırılmamışdır. Binada xilasetmə məntəqəsi yoxdur; Liftlərdə baş verən hər hansı bir təhlükəli halların aradan qaldırılması həyətin gözətçilərinə həvalə olunur. Həmin gözətçilər liftin istismarı və xilasetmə barədə biliyə malik mütəxəssis deyil və rəsmi sənədləri yoxdur; pilləkənlər aqlay daşla üzlənmişdir. Bu hal Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 54.2 , 54.4., 57.2.3. 62.1 maddəsinin və Tikinti norma və Qaydaları”nın tələblərinə uyğun deyil. Çünki, nəmlik şəraitində qara və yaşıl rəngli sürüşkənli örtük əmələ gələ bilər. Həmçinin, pilləkan üzlüklərinin kənarları iti bucaq altında olduğundan, hərəkət üçün təhlükəlidir; pilləkan meydançalarının və pilləkan qəfəsinin divarlarında və tavanlarında tamamlama işləri natamam və keyfiyyətsizdir. Divarlar əyri, kələ-kötür, tavanlar səliqəsiz və qopuntuludur; binanın 2-ci girişində 16, 17, 18-ci mərtəbələrin dəhliz döşəmələrində çatlar çoxsaylı ləkələr vardır; binanın 2-ci girişində havalandırma sistemində mövcud olan texniki qusurlar aradan qaldırılmamışdır. Ekspertiza tədqiqatları dəyəri 100 manat ödənilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9271/2019 nömrəli, 16.07.2019-cu il tarixli icra sənədi üzrə tələb borclu "xxxx" MTK və onun rəhbəri Şəxs tərəfindən tam icra olunmamış, icra sənədində göstərilən 4 bənd üzrə tələbdən heç biri tam yerinə yetirilməmişdir. 1-ci bənd üzrə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən təqdim edilmiş arayış səthi və natamam məzmunda tərtib edilmişdir. 2-ci bənd üzrə kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, kommunal xidmətə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi üzrə borclu "xxxx" MTK-nın üzərinə qoyulmuş vəzifə tam icra olunmamış, təqdim edilmiş arayış isə səthi xarakter daşıyır. 3-cü bənd üzrə borclu "xxxx" MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində iddiaçının mülkiyyətlə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin iddiaçıya verilməsindən imtina etməsi qanunsuz hesab edilmişdir. Buna baxmayaraq, borclu bu zamana qədər həmin sənədlərin tələbkara verilməsini tam təmin etməmiş, təqdim edilmiş sənədlər isə natamam, səthi məzmunlu olmuşdur. 4-cü bənd üzrə tələbkar Zərərçəkmiş şəxs sözügedən ünvan üzrə tikintinin (mənzilin) keyfiyyat sertifikatı və istismar təlimatı verilməmiş, "xxxx" MTK-nın Nizamnaməsinin isə rəsmi qaydada təsdiq edilməmiş ksero surəti təqdim edilmişdir. İş materiallarındakı elektron icra işi üzrə şəxsi kartoçkadan çıxarışa əsasən Şəxs "xxxx" MTK-nın sədri olmaqla, həmin hüquqi şəxsin rəhbəridir. Bununla da borclu hüquqi şəxsin rəhbəri kimi Şəxs həmin icra vərəqələrində göstərilən tələbləri tam icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 23.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi uzun müddətdir ki icraatdadır. İcra sənədləri üzrə başlanılmış icraat zamanı borclu "xxxx" MTK tərəfindən könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədləri üzrə tələb yerinə yetirilməmişdir. Həmin icra sənədinin icra edilməməsi ilə bağlı bir neçə dəfə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərilmişdir. İcra məmurunun tələblərindən sonra icra sənədləri qismən icra olunmuşdur. Dəfələrlə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs icra sənədləri üzrə tələbin tam icrası tələb olunsa da, vəzifəli şəxs qismində icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə borclu "xxxx" MTK tərəfindən icra sənədi üzrə tələb hazıradək tam yerinə yetirilməmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, 03.06.2016-cı il tarixli icra sənədində təsbit olunan 10 bənddən 7 bənd üzrə tələb borclu "xxxx" MTK tərəfindən yerinə yetirilməmişdir; binanın 2-ci girişində quraşdırılmış 3-cü liftin istismara yararlığını təsdiq edən mütəxəssislərin rəsmi rəyi yoxdur; binanın 2-ci girişində 3 liftin heç birində xilasetmə məntəqəsi ilə əlaqə sistemi quraşdırılmamışdır. Binada xilasetmə məntəqəsi yoxdur; Liftlərdə baş verən hər hansı bir təhlükəli halların aradan qaldırılması həyətin gözətçilərinə həvalə olunur. Həmin gözətçilər liftin istismarı və xilasetmə barədə biliyə malik mütəxəssis deyil və rəsmi sənədləri yoxdur; pilləkənlər aqlay daşla üzlənmişdir. Bu hal Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 54.2 , 54.4., 57.2.3. 62.1 maddəsinin və Tikinti norma və Qaydaları”nın tələblərinə uyğun deyil. Çünki, nəmlik şəraitində qara və yaşıl rəngli sürüşkənli örtük əmələ gələ bilər. Həmçinin, pilləkan üzlüklərinin kənarları iti bucaq altında olduğundan, hərəkət üçün təhlükəlidir; pilləkan meydançalarının və pilləkan qəfəsinin divarlarında və tavanlarında tamamlama işləri natamam və keyfiyyətsizdir. Divarlar əyri, kələ-kötür, tavanlar səliqəsiz və qopuntuludur; binanın 2-ci girişində 16, 17, 18-ci mərtəbələrin dəhliz döşəmələrində çatlar çoxsaylı ləkələr vardır; binanın 2-ci girişində havalandırma sistemində mövcud olan texniki qusurlar aradan qaldırılmamışdır. Ekspertiza tədqiqatları dəyəri 100 manat ödənilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9271/2019 nömrəli, 16.07.2019-cu il tarixli icra sənədi üzrə tələb borclu "xxxx" MTK və onun rəhbəri Şəxs tərəfindən tam icra olunmamış, icra sənədində göstərilən 4 bənd üzrə tələbdən heç biri tam yerinə yetirilməmişdir. 1-ci bənd üzrə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs tərəfindən təqdim edilmiş arayış səthi və natamam məzmunda tərtib edilmişdir. 2-ci bənd üzrə kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, kommunal xidmətə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi üzrə borclu "xxxx" MTK-nın üzərinə qoyulmuş vəzifə tam icra olunmamış, təqdim edilmiş arayış isə səthi xarakter daşıyır. 3-cü bənd üzrə borclu "xxxx" MTKnın təqsirli mülki hüquq pozuntuları nəticəsində iddiaçının mülkiyyətlə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin iddiaçıya verilməsindən imtina etməsi qanunsuz hesab edilmişdir. Buna baxmayaraq, borclu bu zamana qədər həmin sənədlərin tələbkara verilməsini tam təmin etməmiş, təqdim edilmiş sənədlər isə natamam, səthi məzmunlu olmuşdur. İcra sənədində göstərilən ekspertiza xərci də hazırkı vaxtadən ödənilməmişdir. Qeyd edilənlərə əsasən onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X3 nümayəndəsi X4 bildirdi ki, tələbkar onun arvadıdır. "xxxx" MTK tərəfindən inşa edilmiş binada arvadı X3 mənzili vardır. Bina tam təmir edilib, yaşayış üçün normal hala salınmadığı üçün məhkəmədə iddia qaldırılmış və iddiaları təmin edilmişdir. Həmin binada mövcud olan qüsurların aradan qaldırılması ilə əlaqədar 2 ədə məhkəmə aktları vardır, həm Yasamal Rayon Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin. İcra məmuru icra sənədinin icra edilməməsi ilə əlaqədar bundan əvvəl 2 dəfə protokol tərtib edib məhkəmə göndərmişdir. Həmin işlər üzrə də sübut olunmuşdur ki, qətnamələr tam icra edilməyib, "xxxx" MTK-nın rəhbəri Şəxs barəsində inzibati tədbirlər görülmüşdür. Lakin sonradan müxtəlif üsullarla məhkəmə qərarlarından şikayət verib müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməkdən yayınmışdır. İcra məmuru icra sənədinin icra edilməməsi ilə əlaqədar bir neçə dəfə binada olmuşdur. Sonuncu dəfə icra işi ilə əlaqədar binada olarkən çəkiliş də aparmışdır və qüsurların olduğu kimi yerində qalmasının şahidi olmuşdur. Belə ki, binanın 2-ci girişindəki lift hazırkı vaxtadək işləmir. Liftin normal və təhlükəsiz işləməsi üçün Fövqəladə Hallar Nazirliyinin rəyi hələ də alınmamışdır. Liftlərin fəaliyyəti ilə əlaqədar xilasetmə məntəqəsi yoxdur. Əlaqə məntəqəsi də yoxdur. Lift xarab olanda, dayananda, xoşbəxtlikdən kimsə liftdə qalanın səsini eşidərsə, onda gözətçi gəlib birtəhər liftdə qalan adamı oradan çıxarır. Bundan əlavə pilləkənlərdə 3-cü mərtəbəyə qədər aqlay daşla üzlənib. Halbuki aqlay daş pilləkən qəfəsinin üzlənməsi üçün normativ sənədlərə əsasən istifadə edilmir. Qışda bir az su olan kimi aqlay daşı məsamələrinə su dolur və donub buzlayır, adamlar sürüşür. Bundan əlavə aqlay daşlarının küncləri də iti bıçaq kimidir, ilişən kimi adama xəsarət yetirir, ucları hamarlanıb düzəldilməyib. 16, 17, 18-ci mərtəbələrdə çatlar hələ də düzəldilməyib, qətnamə çıxarılanda da göstərilmişdir ki, bunlar aradan qaldırılmalıdır. Binanın havalandırma sistemi hələ də tam düzəldilməmişdir. Binanın pilləkən qəfəslərindəki remont zamanı, bina tikilərkən yerə tökülmüş beton töküntüləri və kraska qalıqları hələ də yerdə qalmaqdadır, heç kim bunları təmizləməmişdir. Bir sözlə bina sanki insan yaşaması üçün deyildir, evə qonaq gələndə adam utanır. Binada havalandırma sistemi bərbad gündə olduğu üçün aşağı mərtəbələrdə hazırldanan yeməklərin iyi evlərə dolur. Həmçinin MTK-nın rəhbəri bəhanə edir ki, binanın cari təmirini həyata keçirmək üçün bina sakinlərinin birliyi yaradılıb və yığılan komunal haqlar hesabına bina təmir edilməlidir, lakin bu da tam əsassızdır. Çünki bina sakinlərinin birliyi binada sonradan baş vermiş nöqsanlar, cari istismar nəticəsində əmələ gələn problemləri həll etməlidirlər. lakin bu gün binada mövcud olan nöqsanlar, bina təhfil verilənədək mövcud olmuş problemlərdir, hansı ki həmin problemlərin aradan qaldırılması məhkəmə qətnamələrində göstərilmişdir və həmin qətnamələrdəki nöqsanlar bu gün də aradan qaldırıldmamışdır. Göstərilənlərə əsasən MTK-nın rəhbəri barədə tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın rəhbəri Şəxs bildirdi ki, həqiqətən də həmin MTK-nın rəhbəridir. Binada əvvəllər qüsurlar olsa da, həmin qüsurlar aradan qaldırılmışdır. Həmçinin binanın havalandırma sistemi səhv qoşulduğu üçün, bu da aradan qaldırılmışdır. Həmçinin hazırkı vaxtadək ekspertiza xərci ödənilməmişdir, lakin bu bilməyərəkdən olmudur, ödəməyə hazırdır. Biada qüsurlar olsada, artıq binanın sakinlərinin birliyi yaradılmışdır, həmin sakinlər yığdıqları komunal haqlar hesabına binanın cari təmirini həyata keçirməlidirlər. ona görə də işin icraatına xitam verilməsini xahiş etdi. Bbarəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müqavilə əsasında müdafiəçisi Vəkil məhkəmə iclasında bildirdi ki, bina istismara təhfil verilmişdir. Bu barədə Bakı şəhər icra hakimiyyətinin aktı da mövcuddur. Ona görə də məhkəmə qərarları əsasında verilmiş həmin icra sənədləri artıq icra olunublar. bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-325/2016 saylı, 03.06.2016-cı il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” şəhərciyində yerləşən "xxxx" MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillərinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılmalı və göstərilən pilləkən marşları üzlük daşlarla üzlənilməlidir. -ünvan üzrə binanın 2-ci girişində 3-cü lift quraşdırılmalı, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığı mütəxəssislər tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməlidir. -ünvan üzrə binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsi təmin edilməlidir. -girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə işıqlandırılmalıdır. -girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməlidir. -pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən meydançalarında tavan və divarların tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməlidir. -girişin 16,17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlanma işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməlidir. -girişin 16,17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qarşlı sahələri (dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılmalıdır. -binanın 2-ci girişində ümumi havandırılma sisteminin quraşdırılması ilə bağlı qüsur (binanın qeyri-yaşayış obyektlərində çoxsaylı mətbəxlərin havasovuranın 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsi borclu "xxxx" MTK-ya və Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmalıdır. Ekspertiza tətqiqatının dəyəri olan 100 manat məbləğində pul borcludan tutularaq Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra məmuru tərəfindən 26.10.2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu əvvəllər də bir neçə dəfə məlumatlandırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 9271/2019 nömrəli, 16.07.2019-cu il tarixli icra sənədinə əsasən borclular "xxxx" MTK və Şəxs 29.01.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə “Kooperativin öhdəlikləri” yerinə yetirilənədək və Yasamal Rayon Məhkəməsinin 03.06.2016-cı il tarixli qətnaməsi üzrə borclunun üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 13.08.2018-ci il tarixli, 37/36-05125 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, tələbkar X1 “kommunal xidmət” üzrə ödəniş tələb olunması qanunsuz hesab edilməli və kommunal xidmətlər üzrə borclu "xxxx" MTK-nın mühasibət sənədlərində tələbkarın adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi üzərlərinə qoyulmalıdır. X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi 9C, 2-ci giriş, 139 saylı mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, “kommunal xidmət”ə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsi borclu "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Borclu "xxxx" MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində tələbkarının mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin tələbkar verilməsindən imtina etməsi qanunsuz hesab edilməlidir. Kooperativin nizamnaməsinin, kooperativə üzvülük kitabçasının, tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin tələbkar X7 verilrnəsi vəzifəsi borclu "xxxx" MTK-ya həvalə edilməlidir. İcra məmuru tərəfindən 28.02.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu əvvəllər də bir neçə dəfə məlumatlandırılmışdır. Şəxs həmin icra sənədlərinin icrası ilə əlaqədar icra məmuru tərəfindən 29.01.2020-ci il tarixdə, 02.06.2020-ci il tarixdə izahatları alınmışdır. , Hazırkı iş üzrə icra vərəqələrinin tam icra edilməməsi ilə əlaqədar bir neçə dəfə İXM-nin 528.1-ci maddəsi ilə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-679/21 saylı, 12.03.2021-ci il tarixli qərara əsasən "xxxx" MTK-nın sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1076/21 saylı, 04.05.2021-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil tərəfindən apelyasiya qaydasında verilmiş şikayət qismən təmin olunmuş, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-679/21 saylı, 12.03.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarında müəyyən edilmişdir ki, məhkəmə hesab edir ki, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tərəflərin iştirakı ilə birinci instansiya məhkəməsində tam araşdırılmamışdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyəti tərəfindən verilmiş 27 dekabr 2016-cı il tarixli 0083 nömrəli tikinti obyektinin istismarına icazə sənədinə əsasən 27 dekabr 2016-cı il tarixdən etibarən "xxxx" MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. Həmçinin apellyasiya şikayətinə baxış zamanı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş Şəxs müdafiəçisi Vəkil Hakirq oğlu bildirdi ki, icra sənədi üzrə öhdəliklər yerinə yetirilib, bundan başqa kooperativə üzvlük kitabçasının, “tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin” surətinin təqdim olunması üçün tələbkara və icra məmuruna müraciət olunsa da həmin sənədlərin tələbkara təhvil verilməsi baş tutmamışdır. Həmçinin icra məmuru tərəfindən icra sənədi üzə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi məqsədilə ilə binanın yerləşdiyi əraziyə baxış keçirilmədən birbaşa inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, işin yuxarıda sadalanan icra sənədi üzrə öhdəliklərin yerinə yetirilib-yetirilməməsi, kooperativə üzvlük kitabçasının, “tikintinin (mənzilin) keyfiyyət sertifikatının və istismar təlimatının surətlərinin” surətinin təqdim olunub-olunmaması, təqdim olunmadığı halda bunun səbəbləri birinci instansiya məhkəməsinin hakimi tərəfindən tam və hərtərəfli araşdırılmamış, onlara obyektiv hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-679/21 saylı, 04.06.2021-ci il tarixli qərardada əsasən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə geri qaytarılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 569 saylı, 27.12.2016-cı il tarixli tikinti obyektinin istismarına icazə verilməsi haqqında sərəncama əsasən "xxxx" MTK-nın 14 dekabr 2016-cı il tarixli, 855 saylı müraciəti (Bakı Şəhər İcra Hakimiyyətinin 16 dekabr 2016-cı il tarixli, 7-7294/17 saylı qeydiyyatı), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101, 102, 103 və 105-ci maddələrinin və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli, 309 nömrəli qərarının mütləq tələbləri nəzərə alınaraq: - ünvan 3 ünvanında "xxxx" MTK-nın sifarişi ilə inşa olunmuş və tikintisi başa çatmış 19 mərtəbəli (zirzəmili) 3 girişli yaşayış binasının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi), binaya bitişik 2 mərtəbəli (zirzəmili) ofis binasının və 3 səviyyəli yeraltı avtodayanacağın istismarına icazənin vahid forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədi hazırlanması sərəncam edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin 0083 saylı, 27.12.2016-cı il tarixli tikinti obyektinin istismarına icazəyə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 27 dekabr 2016-cı il tarixindən "xxxx" MTK-ya tikinti obyektinin istismarına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X5 və X10 Agentliyinin 20.12.2019-cu il tarixli cavab məktubuna əsasən ünvan 4 ünvanındakı yaşayış binasının 2-ci girişində istismar olunan liftin hərəkəti zamanı silkələnməsi və səslərin eşidilməsi barədə Fövqəladə Hallar Nazirliyinin X2 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə daxil olmuş 14.11.2019-cu il tarixli müraciətiniz 09.12.2019-cu il tarixində Agentliyin mütəxəssisləri tərəfindən "xxxx" MTK-ya məxsus yaşayış binasının komendantı Elçin Mürsəlovun və Texniki Servis Xidməti göstərən "xxxx" MMC-nin lift üzrə elektromexaniki Pərviz Bayramovun iştirakı ilə yerində araşdırılmış və akt tərtib edilmişdir. Araşdırma zamanı qeyd olunan ünvanda Agentliyin mütəxəssisi tərəfindən 01.08.2019-cu il tarixində araşdırmanın aparıldığı aşkar olunmuş nöqsanlar haqqında akt tərtib edildiyi müəyyən edilmişdir. Sözügedən ünvanda 09.12.2019-cu il tarixində təkrar araşdırma zamanı qeydiyyat sayı 37995 olan sərnişin liftində aşkar olunmuş qayda pozuntularının aradan qaldırılmadığı müəyyən edilmiş və liftin istismarı qadağan olunmuşdur. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan və bu barədə Agentliyə məlumat verildikdən sonra liftin istismarına icazə veriləcəyi barədə "xxxx" MTK-nın və "xxxx" MMC-nin rəhbərliklərinə məktub göndərilmişdir. İş materiallarında olan 11.02.2021-ci il tarixli qərara əsasən yuxarıda qeyd olunan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan 02.07.2021-ci il tarixli akta əsasən aktı tərtib edənlər Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” Şəhərciyində yerləşən "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının ikinci girişində oldular. Tərəflərindən müəyyən olundu ki, 1) pilləkən pillələrinin hündürlüyü eyni səviyyədədir və pilləkənlər üzlük daşla, aqlayla üzlənmişdir; 2) həmin girişdə üçüncü lift quraşdırılmışdır. Özünü binanın komendantı kimi təqdim etmiş Elçin Mürsəlov adlı şəxs bildirdi ki, girişdə olan hər üç lift işlək vəziyyətdədir və “lift pasportu jurnalında” FHN Sənayedə X5 və X10 Agentliyi tərəfindən istismara aprel 2022-ci il tarixinə qədər icazə verilmişdir. O, bununla bağlı qeyd olunan jurnaldan kserosurət (çıxarış) təqdim etmiş, lakin aktın tərtibində iştirak etməkdən imtina etmişdir; 3) liftlərdə xilasetmə məntəqəsi ilə sistemi quraşdırılmamışdır, düyməcik basanda zəif səsləndi. 4) pilləkən meydanşalarında tavan və divarlarının tamamlama işləri tam yerinə yetirilməmiş, döşəmələrdə çatlar, ləkələr, divarlarda isə boyama işləri tam yerinə yetirilməmişdir; 5) 16,17,18-cui mərtəbələrdə ümumi istifadə sahələrində döşəmə və divarların tamamlama işləri aparılmamış, divarlarda ləkələr, çatlar, həmçinin döşəmədə çatlar və ləkələr mövcuddur; 6) ikinci girişdə havalandırma sistemində icra sənədinin icrası ilə bağlı heç bir tədbir görülməmişdir, icra yerində görüntülü video və fotoçəkiliş aparıldı. İş materiallarında olan icra işinin icrası ilə əlaqədar "xxxx" MTK-nın icra sənədində göstərilən binasında icra məmurunun apardığı videoçəkilişdən görünür ki, binada qüsürlar mövcuddur. Həmin qüsurlar sonradan əmələ gəlmiş qüsurlar deyildir. Bina tikilərkən mövcud olmuş qüsurlardır. Həmin qüsurlara pilləkən qəfəslərinin divarla birləşən hissələrinin tam rənglənməməsi, binanın sonuncu mərtəbəsindəki pilləkən qəfəsi və onun ətrafının təmirsiz olması, binanın ümumi istifadədə olan sahələrinin, yəni döşəmələrin və divarların tamamlanma işləri natamam və keyfiyyətsiz yerinə yetirilmişdir. Liftlərdə xilasetmə məntəqəsi ilə əlaqə sistemi quraşdırılmamışdır. Binada xilasetmə məntəqəsi yoxdur. Həmin hallar iş materiallarında olan icra işinin icrası ilə əlaqədar "xxxx" MTK-dakı binada icra məmuru tərəfindən çəkilmiş və iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də təsdiq edilir. Bununla da yuxarıda qeyd edilən məhkəmələr tərəfindən verilmiş icra sənədlərinin icrası ilə əlaqədar borclu "xxxx" MTK-nın rəhbəri kimi Şəxs həmin icra vərəqələrində göstərilən tələbləri tam icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Borclu MTK-nın rəhbəri Şəxs və onun müdafiəçisi Vəkil məhkəmə iclasında bildirsələr də ki, icra sənədi icra edilmişdir və bu barədə müvafiq dövlət orqanlarının sənədləroi mövcuddur, lakin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, onların istinad etdikləri iş materiallarındakı sənədlər yuxarıda göstərilən icra sənədlərinin tam icra olunmasını təsdiq etmir. Həmin sənədlər icra vərəqələri verilməzdən əvvəlki sənədlərdir və icra sənədinin icrasını təsdiq edən sənədlər deyildir. Əksinə, həmin sənədlərdən iş materiallarındakı Fövqəladə Hallar Nazirliyi Sənayedə X5 və X10 Agentliyinin 20.12.2019-cu il tarixli məktubu ilə təsdiq edilir ki, həmin binadakı sərnişin liftində aşkar olunmuş qayda pozuntularının aradan qaldırılmadığı müəyyən edilmiş və liftin istismarı qadağan olunmuşdur. Məhz həmin məktubdakı pozuntuların aradan qaldırılmasına dair Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun sənədi, aktı, arayışı və ya məktubu mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, icra məmurunun tərtib etdiyi yuxarıda qeyd edilən akt, icra məmurunun icra işi ilə əlaqədar "xxxx" MTK-nın binasındakı videoçəkilişin iş materiallarındakı CD diski və fotoşəkillərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar