Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1955/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X1 Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin (RPİ) X4 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş 13 avqust 2021-ci il tarixli İXM seriyalı ******* nömrəli protokoldan və həmin protokol əsasında qəbul edilmiş qərardan verilmiş şikayətinə işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal RPİnin DYPİ-nin inspektoru onun barəsində əsassız protokol tərtib etmişdir. Ona görə də bu barədə şikayət etmiş, lakin şikayətinə düzgün baxılmayaraq təhdid edilərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmçinin işə baxılarkən tələb etdiyi görüntülər ona təqdim edilməmişdir. Ona görə də bu barədə şikayətinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə qaytarılmalıdır. Belə ki, X1 məhkəməyə daxil olmuş ərizəsi və ona əlavə edilmiş müvafiq sənədlərin surəti işin məhkəmədə baxılmasına hazırlanması zamanı öyrənilərkən müəyyən edilmişdir ki, ərizənin məzmunu qeyri-müəyyən tərtib edilməklə müraciət müəllifi tərəfindən məhkəmədən hansı məsələyə baxılmasının xahiş edildiyini müəyyən etmək mümkün olmamışdır. Belə ki, X2 məhkəmədən aidiyyəti qurumun onun şikayət ərizəsinə cavab verməməsindən və yaxud özü barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilməməsini və əgər qərar qəbul edilmişdirsə konkret olaraq məhkəmədən nə xahiş etdiyini ərizəsində göstərməmişdir. Dolayısı ilə hazırki şikayət ərizəsində şikayətçi X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilib-edilmədiyi, əgər sonuncu barəsində qərar qəbul edilmişdirsə, hansı inzibati xətanın törədilməsinə görə qərar qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin tələblərinə görə inzibati xəta haqqında protokoldan deyil, yalnız inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə protokol tərtib edildiyi qeyd edilsə də, həmin protokol əsasında qərar qəbul edilib-edilmədiyi göstərilməmiş, eyni zamanda hər hansı bir qərar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. 129.1.3-cü maddəyə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, şikayət baxılmadan geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayət ərizəsi məhkəmədə baxılmadan geri qaytarılsın. Şikayətçiyə qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən yaşayış yeri üzrə müvafiq məhkəməyə müraciət hüququnun olması izah edilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1955/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1955/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver