Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1963/2021 24.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (RETSİ) tərəfindən qəbul edilmiş 06 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İXM-in 264.0.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası ETSN 11 saylı RETSİ tərəfindən qəbul edilmiş 06 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, yəni inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda,inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Şikayət ərizəsindən və iş materiallarından görünür ki, barəsində şikayət verilmiş 06 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda və həmin qərarın qəbul edilməsinə əsas olmuş 14 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda Azərbaycan Respublikası İXM-in 264.0.1-ci nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yeri Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi göstərilmişdir. X1 ərizəsindən isə görünür ki, o, ünvan 1 ünvanında yaşayır. Beləliklə, iş materiallarından müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Sabunçu rayonunun inzibati ərazisinə daxil olan Nardaran qəsəbəsidir. X2 tərəfindən isə onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası ETSN 11 saylı RETSİ tərəfindən Azərbaycan Respublikası İXM-in 264.0.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində qəbul edilmiş 06 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti, yəni inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.3 və 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 06 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1963/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1963/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver