Məhkəmə qərarları › İş №3(004)-1965/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1965/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1965/2022 16.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan ünvanda yerləşən "xxxx" MMC-yə məxsus klinikada 08 aprel 2022-ci ildə saat 10:30-da aparılan olanlı yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət aşkarlanmışdır. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 bildirmişdir ki, "xxxx" MMC-nin barəsində əssasız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, guya HAT Medicine Klinikası” MMC-yə məxsus klinikada 08 aprel 2022-ci ildə saat 10:30-da aparılan olanlı yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət aşkarlanmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən "xxxx" MMC dəvət olunmayıb. X2 Məcəlləsinin 60-cı maddəsinə əsasən, xəta üzrə protokol tərtib edən dövlət orqanı barəsəsində icraat aparılan şəxsə ən azı 5 gün qabaqcadan rəsmi qaydada xəbər verməli və ona öz müdafiəsini hazırlamağa şərait yaratmalı idi. Onlara istinad edilən xəta ilə bağlı qeyd edir ki, "xxxx" MMC-yə məxsus klinikada heç bir zaman sertifikatsız tibbi fəaliyyət aparılmamışdır. Bunu təsdiq edən sənədləri də məhkəməyə təqdim edir. Göründüyü kimi "xxxx" MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan ünvanda yerləşən "xxxx" MMC-yə məxsus klinikada 08 aprel 2022-ci ildə saat 10:30-da aparılan olanlı yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət aşkarlanmışdır Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin nümayəndəsinin izahatında göstərdiyi hal üzrə araşdırma aparıldıqdan sonra istinad edilən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkündür. İndiki halda isə qeyd edilən halla bağlı hər hansı araşdırma aparılmamış və inzibati araşdırma natamam şəkildə aparılaq iş məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qaytarılsın. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar