Məhkəmə qərarları › İş №3(004)-1967/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1967/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1967/2022 15.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu polis şöbəsi tərəfindən tərtib edilmiş 15 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 29-cu polis şöbəsi tərəfindən tərtib edilmiş 15 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsi tərəfindən tərtib edilmiş 15 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə təqdim edilmiş materialı araşdıraraq hesab edir ki, Şəxs barəsində onun Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi barədə tərtib olunmuş 15 aprel 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar düzgün tərtib edilməmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, 04 fevral 2022-ci il tarixdə, saat 16:49 radələrində X1 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, “Ağ Çiçəyim” şadlıq sarayının yaxınlığında, “İnşaatçılar” metro stansiyasının qarşısında yerləşən avtobus dayanacağında 14 nömrəli avtobusda əyləşmiş vəziyyətdə olduğu zaman əynindəki qara rəngli gödəkçəsinin sağ cibində qoyduğu “Redmi 8” markalı mobil telefonun oğurlanması aşkar edilmişdir. Lakin həmin telefonun dəyərinin 100 manat məbləğində hesablanması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki iş üzrə Şəxs əməlində cinayət tərkibinin olub-olmaması müəyyən edilməlidir. Həmin əməlləri araşdırıb onlara qiymət vermək isə müvafiq səlahiyyətli orqanın vəzifələrinə aid olduğundan məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən tam araşdırma aparılmamış və kifayət qədər sübut toplanılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilməsi aşkar olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən mövcud natamamlıqları tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar və əlavə edilmiş sənədlər Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə geri qaytarılsın. Qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar