Məhkəmə qərarları › İş №3(004)-1967/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1967/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1967/2025 11.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X2, Abdullayeva Məryəm Zaur qızının katibliyi, "xxxx" MMC-nin direktoru X3 və X9 Xidmətinin nümayəndəsi X4 iştirakları ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarından verdiyi şikayətin baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: "xxxx" MMC-nin direktoru X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarının ləğv edilməsini xahiş edir. Abşeron Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 3(012)-532/2025 saylı qərardadı ilə şikayət baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi qeyd olunsa da, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarına görə inzibati xətanın törədidiyi yer kimi, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı , ev 609 göstərilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı şikayət verən şəxs özü də bildirdi ki, ərizəsində şikayətin yaşadığı yer olan Abşeron rayon məhkəməsində baxılmalı olmasını qeyd etmişdir. X9 Xidmətinin nümayəndəsi X7 bildirdi ki, "xxxx" MMC-nin direktoru X3 başqa məzmunda da şikayətlərinə Abşeron rayon məhkəməsində baxılıb nəticə verilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİM: "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası DƏMX-nin 25 fevral 2025-ci il tarixli, 3(050)-532/2025 saylı inzibati tənbeh haqqında qərarından verdiyi şikayət ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar