Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1968/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 02 avqust 2021-ci il tarixdə saat 10:00 radələrində idarə etdiyi **-VU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Scion İA” markalı avtomobilim ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə hərəkət edərkən YPX əməkdaşı X2 tərəfindən dur əmri verildi. Polis kiçik serjantı Annarzadə avtomobilə yaxınlaşaraq İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğunu bildirdi. O isə ona qayda pozmadığını, əsassız və qanunsuz olaraq saxlanıldığını bildirmiş. Nəticədə bildirdiklərinə məhəl qoymayaraq, hüquq və vəzifələrini izah etməyərək İXP4103708 nömrəli protokol tərtib etdi. O isə tərtib edilmiş protokoldan narazı olduğunu, əsassız, qanunsuz olaraq protokol tərtib edildiyini bildirmiş və bu barədə protokola “protokol ilə razı deyiləm, əsassızdır” qeydini yazmışdır. Əvvəl polis serjantı Ə.Annarzadə protokolu ona təqdim etmək istəməmiş lakin, protokolun təqdim edilməsini tələb etdikdən sonra polis kiçik serjantı X2 protokolun bir nüsxəsini ona təqdim etmiş və 10 gün ərzində protokola baxılıb qərar verilməsi üçün Bakı şəhər X6 İdarəsinə dəvət ediləcəyini bildirmişdir. Lakin protokol tərtib edildiyi vaxtın üzərindən xeyli müddət keçdikdən sonra asanpay.az saytında elektron kabinetini yoxlayarkən barəsində həmin protokola əsasən inzibati tənbeh verilməsi barədə qərar çıxarıldığını görmüşdür. Asanpay.az saytında elektron kabinetində baxış keçirilən zaman ona məlum olmuşdur ki, barəsində tərtib edilmiş İXP ******* nömrəli protokol üzrə 14 avqust 2021-ci il tarixdə 60 manat məbləğində cərimə və 3 bal cərimə balı olunmağı barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Göründüyü kimi barəsində tərtib edilmiş protokola baxılıb qərar çıxarılarkən o, idarəyə dəvət olunmamış, inzibati xətanın törədilməsi ilə bağlı məsələyə baxılarkən ona heç bir rəsmi bildiriş və yaxud çağırış vərəqəsi göndərilməmişdir, hətta şifahi qaydada da inzibati xətaya baxılması yeri və vaxtı barədə də məlumatlandırılmamışdır. Beləliklə barəsində iştirakı olmadan əsassız olaraq inzibati tənbeh qərarı çıxarılmışdır. O, pozulmuş hüquqlarının müdafiəsi üçün asanpay.az internet saytında olan elektron kabinetindən İXP ******* nömrəli protokolun və qərarın çıxarışını əldə eləmiş. Həmçinin həmin saytda olan elektron kabineti vasitəsilə çıxarışlar bölməsindən “Asan Ödəniş” sistemindən elektron çıxarışı götürmüşdür. Həmin elektron çıxarışda barəsində tərtib edilmiş 02 avqust 2021-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında 14 avqust 2021-ci il tarixli 60 manat cərimə və 3 cərimə balı inzibati tənbehinin verildiyi aydın görünür. Çünki həmin protokol əsasında çıxarılmış inzibati tənbeh qərarından onun məlumatı olmamışdır, yalnız 14 avqust 2021-ci il tarixdə asanpay.az saytında elektron kabinetini yoxlayandan sonra məlumatı olmuşdur ki, iştirakı olmadan protokola baxılmış və barəsində inzibati tənbeh qərarı çıxarılmışdır. Asanpay.az saytında elektron kabinetində İXP ******* nömrəli protokolla tanış olarkən əlavə edilmiş sənədlər (Foto/Video) bölməsində heç bir şəkil, video, sübutun mövcud olmadığı görsənmişdir. Bu da ona əsas verir ki, barəsində tərtib edilmiş protokola prosessual pozuntularla yanaşı, maddi hüquq pozuntularına da yol verilmişdir, qanunsuz və əsassız olaraq barəsində tənbeh qərarı çıxarılmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə qeyd etdiyi qərar əsassız və qanunsuz olduğuna görə ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə etdiyi asanpay.az internet saytından elektron kabinetindən elektron çıxarış etdiyim sənədlərdən aydın görünür ki, barəsində İXP ******* nömrəli, 14 avqust 2021-ci il tarixli qərar tərtib olunmuşdur. Həmin qərar **-VU-*** nömrəli avtomobillə bağlı tərtib edilmişdir. Həmin qərar əsasında cərimə edilmiş və 3 bal əlavə cərimə balı yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə inzibati xəta kimi müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyi kimi barəsində tərtib edilən İXP ******* saylı protokol və qərar əsassız tərtib olunub. Həmin avtomobillə İXM-nin 327.2-ci maddəsinin dispozisiyasında göstərilən hər hansı bir əməlin törətməmişdir. Heç bir qayda pozuntusu etməmişdir. Ümumiyyətlə xeyli müddətdir ki, avtomobil idarə edir, hazırki vaxtadək kobud qayda pozuntularına yol verməmiş, qanunamüvafiq şəkildə avtomobili idarə etmiş, bu illlər ərzində 1 dəfə də olsun sürücülük vəsiqəsinə cərimə balı heç vaxt yazılmayıb. Çünki qanuna riayət edən vətəndaş olmuşdur. Əgər qayda pozuntusu etsə idi niyə protokola baxılıb qərar verilən vaxt ona işə baxılması yeri və vaxtı barədə məlumatlandırılmamışdır? Həmçinin asanpay.az saytında elektron kabinetimdə əlavə edilmiş sənədlər bölməsində niyə 1 ədəd də olsa foto, video və yaxud sənəd əlavə edilməyib? Yazılıb ki, mövcud deyil. Çünki barəsində protokol tərtib edən şəxsin özü də yaxşı bilir ki, o qayda pozmadığı üçün qanunsuz saxlayıb və barəsində əsassız, qanunsuz protokol tərtib edib. Ona təqdim edilmiş 02 avqust 2021-ci il tarixli, İXP ******* nömrəli protokolda Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğumu aşkar edən xüsusi texniki vasitə bölməsində heç bir qeyd yazılmayıb, hər hansı sənəd, sübut əlavə edilməyib. Həmçinin asanpay.az saytında yerləşdirilmiş İXP ******* nömrəli, 14 avqust 2021-ci il tarixli qərara da heç bir sənəd sübut əlavə edilməyib. Bu da heç bir qayda pozuntusunu etmədiyini təsdiq edir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi O.Ə.Bünyad ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 02 avqust 2021-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, O.Ə.Bünyad idarə etdiyi “Toyota Scion İA” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 02 avqust 2021-ci il tarixdə saat 10:37 radələrində Bakı şəhəri, Tbilisi prospekti və Ş.Mehdiyev küçələrinin kəsişməsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, O.Ə.Bünyad idarə etdiyi “Toyota Scion İA” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 02 avqust 2021-ci il tarixdə saat 10:37 radələrində Bakı şəhəri, Tbilisi prospekti və Ş.Mehdiyev küçələrinin kəsişməsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Ona görə də, O.Ə.Bünyad Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, O.Ə.Bünyad idarə etdiyi “Toyota Scion İA” minik markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 02 avqust 2021-ci il tarixdə saat 10:37 radələrində Bakı şəhəri, Tbilisi prospekti və Ş.Mehdiyev küçələrinin kəsişməsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Ona görə də, O.Ə.Bünyadın barəsində 02 avqust 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və daha sonra o, həmin protokol əsasında qəbul edilmiş 14 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qəbul edilərkən O.Ə.Bünyada istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut araşdırılmamış, bundan əlavə hazırki işə məhkəmədə baxılarkən Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş və O.Ə.Bünyada istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs O.Ə.Bünyad isə ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə O.Ə.Bünyada istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, O.Ə.Bünyadın təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi O.Ə.Bünyadın əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhər DYPİ-nin 02 avqust 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1968/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1968/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver