Məhkəmə qərarları › İş №3(004)-1973/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1973/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1973/2020 08.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Feyzi Günay Rasim qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 00100-1729/20 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki,34/012/020123 saylı xx xxxx 2020-ci il tarixli raportda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx xxxx 2020-ci il tarixdə 99GP532/99ZB027 nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş və **********7074 nömrəli gömrük bəyənnaməsi ilə bəyan olunan divar kağızları yüklərinə ölkə ərazisinə daxil olmadan öncə tərtib edilən **********4521 saylı qısa idxal bəyannaməsində 22-ci qrafada invoys dəyərinin düzgün qeyd edilmədiyi müəyyən olunmuşdur. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna və qısa idxal bəyənnaməsinə əlavə edilmiş sənədlərə baxış keçirilərək müəyyən edilmişdir ki, **********4521 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olunanadək verilmiş olsa da, həmin qısa idxal bəyənnaməsində invoys dəyəri düzgün göstərilməmiş və **********7074 sorğu nömrəli gömrük bəyannaməsinin ikinci mal mövqeyində göstərilmiş yük barədə qısa idxal bəyannaməsində heç bir məlumat göstərilməmiş, həmçinin qısa idxal bəyannaməsinə əlavə edilmiş sənədlərdə ixrac bəyannaməsinin yalnız birinci səhifə bəyannaməçiyə təqdim edilərək onun tərəfindən əlavə edilmişdir. Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrüm sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi, bununla da, Cəmiyyətin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsi ilə sms-bildirişləri göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin və protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X4 Şöbəsində başlanılmış icraat zamanı Cəmiyyətin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı təmin edilərək izahatı alınmışdır. X3 ilkin araşdırma zamanı verdiyi izahatı məhkəmə iclasında elan edilərək tədqiq edilərkən müəyyən edildi ki, o, izahatında Şəxs MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işlədiyini, cəmiyyətin ünvanına daxil olan bütün yüklərlə bağlı gömrük rəsmiləşdirilməsinin onun tərəfindən həyata keçirildiyini göstərmişdir. İzahatda həmçinin qeyed edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə Rusiya Federasiyasından şirkətin ünvanına 99GP532/99ZB017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yük daxil olmuşdur. Qeyd olunan yüklər xx xxxx 2020-ci il tarixdə **********7074 sorğu nömrəli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Həmin yüklərə dair təqdim olunmuş **********4521 sorğu nömrəli qısa idxal bəyannaməsi yüklər ölkəyə daxi olmamışdan əvvəl gömrük orqanlarına təqdim edilmişdir. Həmin qısa idxal bəyannaməsinin 22-ci qrafasında invoys dəyəri əsas gömrük bəyannaməsində göstəriləndən fərqli göstərilmiş, ikinci adda mal isə gömrük bəyannaməsində göstərilsə də qısa idxal bəyannaməsində öz əksini tapmamışdır. Belə ki, Cəmiyyətin ünvanına daxil olan yük divar kağızı, yəni oboy yükü olmuş, ikinci mal mövqeyində qeyd edilən yük isə divar kağızlarının kataloqu olmuşdur. Yük göndərən şirkət tərəfindən Cəmiyyətə ixrac bəyannaməsinin 2-ci səhifəsi göndərilmədyindən Cəmiyyət tərəfindən gömrük orqanlarına təqdim edilən qısa idxal bəyannaməsində kataloq yükü barədə qeydiyyat aparılmamışdır. Cəmiyyətin nümayəndəsi həmçinin izahatında hüquqlarını təmsil etdiyi hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsini etiraf etmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Rəsmiləşdirilməsi şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin xx.xx.2020-ci il tarixində 99GP532/99ZB027 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvanına daxil olmuş və **********7074 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan divar kağızları yüklərinə ölkə ərazisinə daxil olmadan öncə tərtib edilən **********4521 saylı qısa idxal bəyannaməsində 22-ci qrafada invoys dəyəri düzgün qeyd edilməməsi və skan olunan sənədlər sistemdə oxunmaması aşkar edilmişdir. İş materiallarında olan **********7074 nömrəli gömrük bəyannaməsindən görünür ki, Rusiya Federasiyasından yük göndərən “Evro Dekor İ K” şirkətindən Şəxs MMC-nin ünvanına ümumi dəyəri 73539.60 (yetmiş üç min beş yüz otuz doqquz evro, altmış sent) Evro təşkil edən 5 adda mallar xx xxxx 2020-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş **********4521 saylı qısa idxal bəyannaməsindən isə müəyyən edilir ki, Şəxs MMC əsas gömrük bəyannaməsi üzrə mallar ölkə ərazisinə daxil olmazdan əvvəl 73380.30 (yetmiş üç min üç yüz səksən evro, otuz sent) Evro dəyərində, yalnız br adda, yəni divar kağızı yüklərinin gömrük ərazisinə daxil olacağı Cəmiyyət tərəfindən bəyan edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən, o, həmin xətanın törədilməsində təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, qərarla təyin ediləcək inzibati cərimə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Dövlət Xəzinədarlıq Agentliyi kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN **********) X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 250 (iki yük əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati cərimə Dövlət Xəzinədarlıq Agentliyi kod 210005, VÖEN: **********, müxbir hesab 41ABZ********************, SWİFTBİK; CTREAZ22, Bakı Baş Gömrük İdarəsinin hesab: AZ49CTRE********************, VÖEN: **********, D3 qrafası, büdcə təsnifatı kodu: 142533, D4 qrafası-büdcə səviyyəsi kodu-7 hesabına ödənilsin. Qərarın icrası Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar