Məhkəmə qərarları › İş №3(004)-1975/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1975/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1975/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, şikayətçi "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin nümayəndəsi X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi və adları (marka/modelləri) qeyd edilən nəqliyyat vasitələri üzrə sökülmüş sayrışan işıq siqnallarının yenidən quraşdırılmaqla istifadəsinin normativ tələblərə uyğun hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X4 şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından isə müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar ayrı-ayrı fiziki şəxslər (X2 və X6) barəsində qəbul edilsə də, lakin yuxarıda qeyd olunan qərarlardan "xxxx" ASC-nin nümayəndəsi X5 şikayət etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan subyektlərin adları dəqiq göstərilmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli Qərarına əsasən həmin subyektlərin dairəsi geniş təfsir edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayət vermək hüququ yoxdur və ona görə də şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 114 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı və xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar