Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1977/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1TSC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük ödənişləri və prosedurları şöbəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli 34/012/000895 saylı raportun arasdırılması zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin sentyabr ayında hüquqi səxs Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt” ATSC tərəfindən Rusiya Federasiyasina təbii qaz ixrac edilmişdir. Eyni zamanda məlumdur ki, təbii qazın idxalı ixracı yaxud tranzit daşınması boru kəmərləri vasitəsilə aparılır. Lakin ixraca dair gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 293.2-ci maddəsinin tələbinə əsasən bəyannaməçi, gömrük sərhədindən boru kəmərləri vasitəsilə keçirilən mallara dair gömrük orqanına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda və gömrük bəyannaməsi verildiyi vaxt malların miqdar, keyfiyyət və dəyərinin müəyyən edilməsi mümkün olmadıqda gömrük bəyannaməsinin əvəzində natamam gömrük bəvannaməsi təqdim edir. Həmçinın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №-li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinın bəyan edilməsi qavdaları”-nın təsdiq edilməsi haqqında Qərarının 6.4-cü bəndinə əsasən, bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Qeyd olunanlara baxmayaraq hüquqi şəxs tərəfindən əsaslar qöstərilməklə faktiki ixraca aid olan natamam gömrük bəyannaməsinın təqdim edilməsi üçün gömrük orqanına müvafiq müraciət daxil olmamış və natamam gömrük bəyannaməsi təqdim edilməmişdir. Hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinın xx.xx.2014-cü il tarıxli 263 №-li qərarının 6.4-cü bəndinin tələblərinə riayət olunmamaqla yanaşı həm də sözügedən ixraca dair gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətə də riayət olunmamışdır.Belə ki, Azərbaycan Respublikası Nzairlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №-li qərarının 6.5-ci bəndinin tələbinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Buna baxmayaraq sözügedən ixraca aid olan **********0575 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilməsi xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Beləliklə, hüquqi səxs tərəfindən həyata kecirilən ixrac prosesində faktiki olaraq malların gömrük sərhədindən boru kəmərləri vasitəsilə kecirildiyi üçün ilkin olaraq təqdim edilməli olan natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmiş, bununla yanaşı natamam gömrük bəyannaməsi üzrə ixrac edilməli olan mallara dair gömrük bəyannaməsinın təqdim edilməsi üçün isə qanunvericilikdə müəyyən edilmiş müddətə (30 gün) riayət olunmayaraq, əslində 2021-ci ilin oktyabr ayında təqdim edilməli olan gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2023-cü ıl tarixdə təqdim edilmışdır. Bununla da o, İXM-in 490 və 493-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2023-cü il tarixli, № 13000-00345/23 (EP 0073555) saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsə) nümayəndəsi X2 protokola dair etiraz edərək bildirmişdir ki, hər hansı bir əlavə sübutları yoxdur, onlardan asılı olmayan səbəbdən inzibati xəta baş vermişdir, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulması, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsi və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. “Azərkontrakt” ATSC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “Azərkontrakt” ATSC İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələri ilə təqsirli bilinərək, 300 manat (üç yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1977/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1977/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver