Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1978/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1978-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 25.08.2021-ci il tarixdə saat 17:10 radələrində Yasamal rayonu Ş.Qurbanov küçəsində qapalı məkan olan yeraltı keçiddə fərdi qoruyucu vasitələrdən (tibbi maskadan) istifadə etməyərək Karantin rejimi qaydalarını pozmuş, buna görə də polis əməkdaşı, Yasamal RPİ 27-ci PB-nin sahə inspektoru Vüsal Məmmədov həmin şəxsə maska taxmamağını irad bildirərək keçiddən keçməsinin qarşısını almaq və inzibati xəta haqqında protokol tərtib etmək üçün ondan dayanmasını tələb etmiş, həmin vaxtı bu şəxsdən əvvəl inzibati xəta törətmiş digər vətəndaşlara inzibati protokol tərtib edildikdən sonra Şəxs barəsində də protokol tərtib etmək istəsə də, Şəxs polisin tələblərinə tabe olmayaraq gözləməmiş, keçiddə tibbi maskadan istifadə etmədən hərəkətini davam etdirmiş, polis əməkdaşı tələblərinə əməl etməyi tələb etsə də, bu zaman həmin şəxsin yanında olan digər bir şəxs X4 ilə birlikdə polisin tələblərinə əməl etməyərək inzibati xəta haqqında protokol tərtib edilməsi üçün gözləməmiş, hərəkətlərini davam etdirmiş, X4 polisin işinə müdaxilə etmiş, polislə mübahisə etmiş, Şəxs və A.Abdullvyev polislə mübahisə edərək, Şəxs polis əməkdaşının köynəyindən tutub dartmış, polis əməkdaşını nalayiq söyüşlərlə təhqir etmiş, polis əməkdaşı tərəfindən onlar nizam intizama dəvət edilsələr də polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamış, bununla da Karantin rejimi qaydalarını pozmuş və polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə də tabe olmamışdır. Bununla da o, İXM-in 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-cı Polis Bölməsi tərəfindən 25.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 25.08.2021-ci il tarixdə dişində olan problemlə bağlı həkimə getmək üçün X4 ilə birlikdə Yasamal rayonu Ş.Qurbanov küçəsində qapalı məkan olan yeraltı keçiddən keçərkən, diş ağrılarına görə tibbi maskası olmadığından, keçiddə polis əməkdaşı Vüsal Məmmədov onları saxlatmış, polis əməkdaşı digər vətəndaşlarla məşğul olduğundan, bir neçə dəqiqə gözlədikdən sonra diş ağrısı olduğu üçün, həkimə getmək lazım olduğundan polis əməkdaşına bildirmişdir ki, birinci onu yola salsın, polis əməkdaşı isə onlara bildirmişdir ki, vətəndaşlarla qurtarsın, sonra onlarla məşğul olacaq, ona görə də polis əməkdaşı onlardan gözləməsini tələb etmiş, lakin dişi ağrıdığı üçün polisi gözləməmiş və getməyə başlamış, lakin polis əməkdaşı onun hərəkət etməsinə imkan verməmiş, gözləməyə məcbur etmiş, buna görə də polislə arasında mübahisə yaranmış, bu zaman orada olan X2 da polislə mübahisəsi düşmüşdür ki, birinci onları yola salsın, ona görə də polisə məhəl qoymayıb hərəkətlərini davam etdirmək istəmişlər, lakin polis əməkdaşı onlara imkan verməmiş, bu zaman aralarında mübahisə yaranmış, polis əməkdaşı X2 qollarından tutmuş, aralarında yaranmış mübahisə zamanı polis əməkdaşları onlara güc göstərmiş, buna görə də o polis əməkdaşının yaxasından tutmuş və dartmış, əsəbi olduğu üçün polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 25.08.2021-ci il tarixdə saat 17:10 radələrində Yasamal rayonu Ş.Qurbanov küçəsində qapalı məkan olan yeraltı keçiddə fərdi qoruyucu vasitələrdən (tibbi maskadan) istifadə etməyərək Karantin rejimi qaydalarını pozmuş, buna görə şəxsə maska taxmamağını irad bildirərək keçiddən keçməsinin qarşısını almaq və inzibati xəta haqqında protokol tərtib etmək üçün ondan dayanmasını tələb etmiş, həmin vaxtı bu şəxsdən əvvəl inzibati xəta törətmiş digər vətəndaşlara inzibati protokol tərtib edildikdən sonra Şəxs barəsində də protokol tərtib etmək istəsə də, Şəxs onun tələblərinə tabe olmayaraq gözləməmiş, keçiddə tibbi maskadan istifadə etmədən hərəkətini davam etdirmiş, onun tələblərinə əməl etməyi tələb etsə də, bu zaman həmin şəxsin yanında olan digər bir şəxs X4 ilə birlikdə tələblərə əməl etməyərək inzibati xəta haqqında protokol tərtib edilməsi üçün gözləməmiş, hərəkətlərini davam etdirmiş, X4 onun işinə müdaxilə etmiş, onunla mübahisə etmiş, Şəxs və A.Abdullvyev polislə mübahisə edərək, Şəxs onun köynəyindən tutub dartmış, köynəyini yararsız hala salmaq istəmiş, onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etmiş, polis əməkdaşı tərəfindən onlar nizam intizama dəvət edilsələr də polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamış, bununla da Karantin rejimi qaydalarını pozmuş və polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə də tabe olmamışdır. Həmin hərəkətlərə görə inzibati xəta haqqında protokol tərtib edib məhkəməyə təqdim etmişdir. Hadisə barədə videogörüntü də mövcuddur və iş materiallarına əlavə etmişdir. İş materiallarında olan hadisənin hadisəni özündə əks etdirən CD disk yazısına baxış zamanı görünür ki, Şəxs polis əməkdaşı X3 yaxasından tutub dartır, polis əməkdaşı ona heç bir müqavimət göstərmiş, o isə hərəkətlərini davam etdirib, polis əməkdaşının ünvanına nalayiq ifadələr işlədir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ 27-ci PB-nin sahə inspektorları Səbuhi Fətəliyev, Vüsal Məmmədovun tərtib etdiyi 25.08.2021-cti il tarixli protokol, Raport, 27-ci PB-nin PPXB-nin polis nəfərləri Mövsüm Mustafazadə və Mübariz Həsənlinin tərtib etdiyi 25.08.2021-ci il tarixli Raportlara əsasən Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 25.08.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 17:30 radələrində tutulmuşdur. İXM-in 89.4-cü maddəsinə əsasən Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2, 535.1-ci maddələri ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni 25.08.2021-ci il tarixindən, saat 17:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1978/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1978/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver