Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1979/2020 22.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X10 iclas katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndələri X7 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs Firmasının barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Firmasının barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsindən baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13:50-də ünvan 1 ünvanında yerləşən Şəxs Firmasına məxsus “Medical Life” Stomotologiya Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 nörəli qərarına əsasən karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs Firmasının əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol hüquqi şəxsin təsisçisi X13 tərəfindən imzalanmışdır. İşə məhkəmədə baxıldığı vaxt Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X6 inzibati xəta haqqında işin baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət vermişdir. Şəxs Firmasının etibarnamə üzrə nümayəndəsi X6 vəsatəti onunla əsaslandırmışdır ki, Şəxs Firmasının hüquqi ünvanı ünvan 2 Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Odur ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan 3(004)-1979/2020 nömrəli inzibati xəta haqqında işin baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 Rayon Məhkəməsinin icraatında olan 3(004)-1979/2020 nömrəli inzibati xəta haqqında işin baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməsinə etiraz etdi. Məhkəmə vəsatəti müzakirə edib, həllinə dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, vəsatət təmin edilməli və Şəxs Fimasının barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər olan 3(004)-1979/2020 nömrəli inzibati xəta haqqında işi baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, X9 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs Firmasının hüquqi ünvanı ünvan 3 (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, hüquqi şəxsin olduğu yer onun dövlət reyestrində qeydə alındığı hüquqi ünvanı hesab edilir. Odur ki, Şəxs Firmasının nümayəndəsi tərəfindən verilmiş vəsatət əsaslı hesab edilməli və Yasamal Rayon Məhkəməsinin icraatında olan 3(004)-1979/2020 nömrəli inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Firmasının Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər olan 3(004)-1979/2020 nömrəli iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1979/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1979/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver