Məhkəmə qərarları › İş №3(004)-1979/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1979/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1979/2021 26.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1987-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Astara rayonu Ərçivan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 25.08.2021-ci il tarixdə saat 17:10 radələrində Yasamal rayonu Ş.Qurbanov küçəsində qapalı məkan olan yeraltı keçiddə fərdi qoruyucu vasitələrdən düzgün istifadə etmədiyi üçün, yəni (tibbi maska burun nahiyyəsini bağlamadığı üçün) və həmin vaxtı onunla birlikdə hərəkət edən, tibbi maskadan istifadə etməyərək Karantin rejimi qaydalarını pozan X3 polis əməkdaşı Yasamal RPİ 27-ci PB-nin sahə inspektoru Vüsal Məmmədov tərəfindən saxlanılmış və Şəxs maskadan düzgün istifadə etməsini və E.Padarovaya maska taxmamağını irad bildirərək keçiddən keçməsinin qarşısını almaq və inzibati xəta haqqında protokol tərtib etmək üçün E.Padarovadan dayanmasını tələb edərkən, həmin vaxtı polis əməkdaşı E.Padarovadan əvvəl inzibati xəta törətmiş digər vətəndaşlara inzibati protokol tərtib edildikdən sonra E.Padarova barəsində də protokol tərtib etmək istəsə də, həmin vaxtı A.Abdulllayev polis əməkdaşından tələb etmişdir ki, digər şəxslərdən əvvəl onları yola salsın, lakin polis əməkdaşı digər vətəndaşla olan işi bitirdikdən sonra onların barəsində tədbir görməyi bildirərək, onlardan dayanmasını tələb etsə də, Şəxs və E.Padarova polisin tələblərinə tabe olmayaraq gözləməmiş, E.Padarovanın keçiddə tibbi maskadan istifadə etmədən hərəkətini davam etdirmiş, polis əməkdaşı E.Padarovadan tələblərinə əməl etməyi tələb etsə də, bu zaman Şəxs E.Padarova ilə birlikdə polisin tələblərinə əməl etməyərək inzibati xəta haqqında protokol tərtib edilməsi üçün gözləməmiş, hərəkətlərini davam etdirmiş, Şəxs polisin işinə müdaxilə etmiş, polislə mübahisə etmiş, E.Padarova və A.Abdullvyev polislə mübahisə edərək, E.Padarova polis əməkdaşının köynəyindən tutub dartmış, polis əməkdaşını nalayiq söyüşlərlə təhqir etmiş, polis əməkdaşı tərəfindən onlar nizam intizama dəvət edilsələr də polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamış, bununla da Karantin rejimi qaydalarını pozmuş və polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə də tabe olmamışdır. Bununla da o, İXM-in 211.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-cı Polis Bölməsi tərəfindən 25.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, 25.08.2021-ci il tarixdə kəbin nikahı ilə birlikdə yaşadığı X2 dişində olan problemlə bağlı həkimə getmək üçün onunla birlikdə Yasamal rayonu Ş.Qurbanov küçəsində qapalı məkan olan yeraltı keçiddən keçərkən, keçiddə polis əməkdaşı Vüsal Məmmədov onları saxlatmış, polis əməkdaşı digər vətəndaşlarla məşğul olduğundan, bir neçə dəqiqə gözlədikdən sonra diş ağrısı olduğu üçün, həkimə getmək lazım olduğundan polis əməkdaşına bildirmişdir ki, birinci onları yola salsın, polis əməkdaşı isə onlara bildirmişdir ki, vətəndaşlarla qurtarsın, sonra onlarla məşğul olacaq, ona görə də polis əməkdaşı onlardan gözləməsini tələb etmiş, lakin E.Padarovanın dişi ağrıdığı üçün polisi gözləməmişlər və getməyə başlamışlar, lakin polis əməkdaşı onların hərəkət etməsinə imkan verməmiş, gözləməyə məcbur etmiş, buna görə də polislə aralarında mübahisə yaranmışdır ki, birinci onları yola salsın, ona görə də polisə məhəl qoymayıb hərəkətlərini davam etdirmək istəmişlər, lakin polis əməkdaşı onlara imkan verməmiş, bu zaman aralarında mübahisə yaranmış, bu zaman orada olan digər polis formasında olmayan əməkdaş onun qollarından tutmuş, aralarında yaranmış mübahisə zamanı polis əməkdaşları onlara güc göstərmiş, E.Padarova isə polis əməkdaşının yaxasından tutmuş və dartmış, əsəbi olduğu üçün polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 25.08.2021-ci il tarixdə saat 17:10 radələrində Yasamal rayonu Ş.Qurbanov küçəsində qapalı məkan olan yeraltı keçiddə fərdi qoruyucu vasitələrdən düzgün istifadə etmədiyi üçün, yəni (tibbi maska burun nahiyyəsini bağlamadığı üçün) və həmin vaxtı onunla birlikdə hərəkət edən, tibbi maskadan istifadə etməyərək Karantin rejimi qaydalarını pozan X3 onun tərəfindən saxlanılmış və Şəxs maskadan düzgün istifadə etməsini və E.Padarovaya maska taxmamağını irad bildirərək keçiddən keçməsinin qarşısını almaq və inzibati xəta haqqında protokol tərtib etmək üçün E.Padarovadan dayanmasını tələb edərkən, həmin vaxtı E.Padarovadan əvvəl inzibati xəta törətmiş digər vətəndaşlara inzibati protokol tərtib edildikdən sonra E.Padarova barəsində də protokol tərtib etmək istəsə də, bu vaxtı A.Abdulllayev ondan tələb etmişdir ki, digər şəxslərdən əvvəl onları yola salsın, lakin o, digər vətəndaşla olan işi bitirdikdən sonra onların barəsində tədbir görməyi bildirərək, onlardan dayanmasını tələb etsə də, Şəxs və E.Padarova onun bu tələblərinə tabe olmayaraq gözləməmiş, E.Padarova keçiddə tibbi maskadan istifadə etmədən hərəkətini davam etdirmiş, ona görə də o, E.Padarovadan tələblərinə əməl etməyi tələb etsə də, bu zaman Şəxs E.Padarova ilə birlikdə onun tələblərinə əməl etməyərək inzibati xəta haqqında protokol tərtib edilməsi üçün gözləməmiş, hərəkətlərini davam etdirmiş, Şəxs polisin işinə müdaxilə etmiş, polislə mübahisə etmiş, E.Padarova və A.Abdullvyev onunla mübahisə edərək, E.Padarova onun köynəyindən tutub dartmış, köynəyini yararsız hala salmaq istəmiş, onu ictimai erdə vətəndaşların yanında nalayiq söyüşlərlə təhqir etmiş, onlar nizam intizama dəvət edilsələr də polislərə məhəl qoymamış, öz hərəkətlərini davam etdirmiş, onların qanuni tələblərinə tabe olmamış, bununla da Karantin rejimi qaydalarını pozmuş və polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə də tabe olmamışdır. İş materiallarında olan hadisənin hadisəni özündə əks etdirən CD disk yazısına baxış zamanı görünür ki, Şəxs polis əməkdaşı X4 ilə mübahisə etdiyini, E.Padarovanın isə polis əməkdaşının yaxasından tutub dartır, polis əməkdaşı ona heç bir müqavimət göstərmiş, o isə hərəkətlərini davam etdirib, polis əməkdaşının ünvanına nalayiq ifadələr işlədir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Yasamal RPİ 27-ci PB-nin sahə inspektorları Səbuhi Fətəliyev, Vüsal Məmmədovun tərtib etdiyi 25.08.2021-cti il tarixli protokol, Raport, 27-ci PB-nin PPXB-nin polis nəfərləri Mövsüm Mustafazadə və Mübariz Həsənlinin tərtib etdiyi 25.08.2021-ci il tarixli Raportlara əsasən Şəxs hazırkı inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, CD diskə baxış, yuxarıda qeyd edilən Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Şəxs 2-ci qrup əlildir, 130 manat sosial ödəniş alır. İş materiallarındakı 25.08.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 17:30 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar