Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-198/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X4 iclas katibliyi, Füzuli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşunas X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Bakı şəhəri “7 saylı” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Füzuli rayon prokuroru, ədliyyə müşaviri Ramiz Əliyev tərəfindən, hüquqi şəxs Şəxs MMC tərəfindən fiziki şəxs X2 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktına görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Füzuli rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşunas X8 tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, X7 Şəxs MMC-nin Füzuli şəhərində inşa olunan uşaq bağçasının tikintisi ilə bağlı layihəsi üzrə fəhlə kimi orada işə başlamış, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində iş vaxtı hündürlükdən yıxılaraq xəsarət almış və həmin vaxt X2 əmək müqaviləsi olmamış, yalnız Şəxs MMC X7 arasında əmək müqaviləsi sonuncunun həmin MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilməsindən 5 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Göründüyü kimi X7 Şəxs MMC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Bakı şəhəri “7 saylı” Vəkil Bürosunun vəkili X1 rayon Prokuroru tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək Şəxs MMC-nin barəsində İXM 192.1 maddəsi üzrə icraatın başlanılaraq baxılması üçün məhkəməyə göndərilməsini, qərarda fiziki şəxs X2 əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən fəhlə işinə cəlb edilməsini, xx.xx.2024-cü il tarixdə iş zamanı xəsarət almasının göstərilməsini, eyni məsələ ilə, yəni X2 əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən Şəxs MMC tərəfindən fəhlə işinə cəlb edilməsi, daha sonra xx.xx.2024-cü il tarixdə iş zamanı xəsarət alması ilə əlaqədar X9 tərəfindən Şəxs MMC-nin barəsində MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə göndərilmişdir. Yasamal rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın sədrliyi ilə xx.xx.2025-ci il tarixdə işə baxılaraq, 3(004)-55/2025 saylı qərarla Şəxs MMC İXM-nin 192.1-ci maddəsi üzrə təqsirli sayılmış və 20000 manat məbləğində cərimə edilmişdir. Odur ki, bir fakt üzrə iki dəfə təqsirli bilinmələri və ya iki dəfə cərimə edilmələri əsassızdır. X5 protokolu əsasında cərimə edilmişlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DƏMX-nin Qarabağ RŞ-nin əmək müfəttişi X11 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 09 dekabr 2024-cü il tarixli protokolun surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)- 55/2025 nömrəli qərarının surətindən görünür ki, həmin protokol üzrə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, eyni inzibati xəta ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-55/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edilmişdir. Lakin, eyni fakt ilə bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC eyni fakta görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-55/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh edildiyindən eyni fakta görə Şəxs MMC-nin barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-198/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-198/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver