Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1981/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası X1 "xxxx" ATSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası X1 "xxxx" X7 Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 490 və 493-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 13000-00346/23 nömrəli 30 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli 34/012/000897 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin iyul ayında hüquqi şəxs Azərbaycan Respublikası X1 "xxxx" ATSC tərəfindən Rusiya Federasiyasına təbii qaz ixrac edilmişdir. Eyni zamanda məlumdur ki, təbii qazın idxalı, ixracı yaxud tranzit daşınması boru kəmərləri vasitəsilə aparılır. Lakin ixraca dair gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 293.2-ci maddəsinin tələbinə əsasən bəyannaməçi, gömrük sərhədindən boru kəmərləri vasitəsilə keçirilən mallara dair gömrük orqanına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıgda və gömrük bəyannaməsi verildiyi vaxt malların migdar, keyfiyyət və dəyərinin müəyyən edilməsi mümkün olmadıgda gömrük bəyannaməsinin əvəzində natamam gömrük bəyannaməsi təgdim edir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyart edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarının 6.4-cü bəndinə əsasən, bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Qeyd olunanlara baxmayaraq hüquqi şəxs tərəfindən əsaslar göstərilməklə faktiki ixraca aid olan natamam gömrük bəyannaməsinin təqdim edilməsi üçün gömrük orqanına müvafiq müraciət daxil olmamış və natamam gömrük bəyannaməsi təqdim edilməmişdir. Hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li qərarının 6.4-cü bəndinin tələblərinə riayət olunmamaqla yanaşı həm də sözügedən ixraca dair gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətə də riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li qərarının 6.5-ci bəndinin tələbinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Buna baxmayaraq sözügedən ixraca aid olan **********6493 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilməsi xx.xx.2023- cü il tarixdə həyata keçirilmişdir. Beləliklə, hüquqi şəxs tərəfindən həyata keçirilər ixrac prosesində faktiki olaraq malların gömrük sərhədindən boru kəmərləri vasitəsilə keçirildiyi üçün ilkin olaraq təqdim edilməli olan natamam gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmiş, bununla yanaşı natamam gömrük bəyannaməsi üzrə ixrac edilməli olan mallara dair gömrük bəyannaməsinin təqdim edilməsi üçün isə qanunvericilikdə müəyyən edilmiş müddətə (30 gün) riayət olunmayaraq, əslində 2021-ci ilin avqust ayında təqdim edilməli olan gömrük bəyannaməsi gömrük orqanına xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Hüquqi şəxs tərəfində natamam gömrük bəyannaməsinin təqdim edilməməsinə görə Azərbaycan Respublikası İXM-in 490-cı maddəsinin tərkib əlamətləri, eləcə də natamam gömrük bəyannaməsi üzrə ixrac edilməli olan mallara dair gömrük bəyannaməsinin təqdim edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddətə (30 gün) riayət edilməməsi isə Azərbaycan Respublikası İXM-in 493-cü maddəsinin tərkib əlamətləri mövcud olmuşdur. Nəticədə Azərbaycan Respublikası X1 "xxxx" X7 Cəmiyyəti barəsində İXM-in 490 və 493cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsisinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X3 protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası X1 "xxxx" ATSC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, natamam gömrük bəyannaməsinin verilməməsi şirkətdə mövcud olan texniki problemlər səbəbindən baş vermiş, gömrük bəyannaməsinin gec təqdim olunması isə idxalçının səhvi ucbatından baş vermişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş İdarənin Gömrük Əməliyyatları İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası X1 "xxxx" ATSC (VÖEN: **********) tərəfindən 2021-cü ilin iyul ayında Rusiya Federasiyasında fəaliyyət göstərən “Qazprom Schweiz AG” şirkətinin ünvanına təbii qaz ixrac edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 295.3cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 6.4-cü bəndinə əsasən bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Lakin, yuxarıda qeyd olunan mallara görə ixracatçı olan ATSC tərəfindən natamam bəyannamə təqdim edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014- cü il tarixli 263 saylı Qərarının 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Qeyd olunmuş müddət pozularaq həmin mallara dair **********6493 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Bununla da Azərbaycan Respublikası X1 "xxxx" ATSC tərəfindən təbii qazın gömrük rəsmiləşdirilməsi qaydasına riayət edilməmiş, gömrük bəyannaməsinin təqdim edilmə müddəti pozulmuşdur. **********6493 nömrəli xx.xx.2023-cü il tarixli gömrük natamam bəyannaməsindən görünür ki, Azərbaycan Respublikası X1 "xxxx" X7 Cəmiyyəti tərəfindən “Gazprom Schweiz AG” şirkətinə ******* manat dəyərində təbii qaz ixrac edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Qərarın 3.6-cı bəndinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 293.6-cı maddəsinə əsasən Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 332 saylı Qərarının 2.8-ci bəndinə əsasən Bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam bəyannamə təqdim edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X1 "xxxx" X7 Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsinə əsasən Gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Azərbaycan Respublikası X1 "xxxx" X7 Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası X1 "xxxx" X7 Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası X1 "xxxx" X7 Cəmiyyəti barəsində İXM-in 490 və 493-cü maddələrinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası X1 "xxxx" X7 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1981/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1981/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver