Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1982/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1 Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 118C ünvanında yerləşən "xxxx" MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X7 Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 118C ünvanında 28.02.2022-ci il tarixində saat 16:18 radələrində "xxxx" adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Bununla da o, İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 28.02.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin (hüquqi şəxsin) nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 28 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan AR X7 Bakı Şəhəri Reklam İdarəsi 04 aprel 2022-ci il yerləşdiyi inzibati binaya (ünvan: Bakı şəhəri, ünvan 4rəsində öz mülahizələrini, sübutlarını təqdim etmək hüquqlarının olduğunu bildirmişdilər. Deyilən zamanda məhsul şəxs şöbə müdürü Orxan bəyə yaxınlaşdılar. Məhkəməyə təqdim etdiyi sənədləri və ödəniş çeklərini ona təqdim etdilər. O, isə qarşılığında onlara Reklam idarəsinin baş mühasibatından çıxan Excel fayla yazılmış ödəniş cədvəli təqdim etdi. Bildirdi ki, onların 29.38 manat ƏDV borcu və 163.2 manat yayım borcu var. Fayla baxış keçirdikdən sonra ödənişlərdə yalnışlıq olduğunu və onlarda olan ödəniş çekləri ilə uyğun gəlmədiyini gördülər. Məhsul şəxs şöbə müdürü Orxan bəyə bildirdilər. Həmin Excel fayla yazılmış ödəniş cədvəlini məhkəməyə təqdim edir. Excel fayla yazılmış ödəniş cədvəlinə baxış keçirdikdən sonra cədvəldə qeyd olunan tarixlərdə ödənişlərin düzgün olmadığını, təqdim etdiyi ödəniş çekləri ilə qarşılaşdırılan zaman yalnış hesabat aparıldığından əmin olacaqsız. Yayım haqqı sənədi M**********00001 nömrəli toplam borclu olduğu 577.73 azn məbləğdən 22 oktyabr 2020-ci ildə 178 azn və 11 avqust 2021-ci ildə 385.15 azn ödəniş etmişlər. Ödəniş çeklərini təqdim etmişdir. Qeyd etdiyi ödənişləri toplam borcdan çıxılandan sonra 14.58 azn borcumuz qalır. Qalıq borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Reklam İdarəsindən mühasibatda olan yalnışları düzəltməlirini tələb etməyi xahiş etmişdir. AR X7 Bakı Şəhəri Reklam idarəsinin əməkdaşlarına dəfələrlə onların Yasamal rayonunda sənəd M**********00001 nömrəli yayım haqqının vaxtının 20 oktyabr 2021-ci ildə bitdiyini bildirmişlər. Yeni sənədin təqdim olunmasını dəfələrlə xahiş etmişlər. Amma yeni sənəd təqdim olunmayıb. Onlar heç bir zaman ödəniş etməyəcik deməmişlər və əksinə olaraq ödəniş sənədi tələb etmişlər. Ədalətli qərar verilməsini və Reklam idarəsinin M2OO1O********** nömrəli sənədin 20 oktyabr 2021-ci ildən 20 oktyabr 2022-ci ilə qədər olan reklam yayımının onlara təqdim olunmasını tələb edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasi X7nin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən X2 (VÖEN: **********) ********** saylı fakturaya əsasən 01.06.2018-01.06.2019 dövrü üçün, ********** (Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 36) saylı fakturaya əsasən 01.06.2019-01.06.2020 dövrü üçün hesab verilmişdir. X3 ********** (Nəsimi rayonu, 28 may) saylı fakturaya əsasən tam, ********** saylı fakturaya əsasən 805.97 (səkkiz yüz beş manat 97 qəpik) manat borcu olmasına baxmayaraq 328.00 (üç yüz iyirmi səkkiz) manat ödəniş etmiş və həmin faktura üzrə 368.53 manat yayım haqqından, 66.34 manat ƏDV-dən, 43.10 dövlət rüsumundan cəmi 477.97 (dörd yüz yetmiş yeddi manat 97 qəpik) manat borcu qalmışdır. Bununla yanaşı Şəxs MMC-yə (VÖEN: **********) **********0001 (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr, 118c) saylı fakturaya əsasən 20.09.2020-20.09.2021 dövrü üçün, **********0002 (Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 66f) saylı fakturaya əsasən 01.06.2020-01.06.2021 dövrü üçün, **********0001 (Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 66f) saylı fakturaya əsasən 01.06.2021-01.06.2022 dövrü üçün reklam yayımının icazəsi verilmişdir. Şəxs MMC **********0002 və **********0001 saylı fakturalara əsasən ödənişi tam, **********0001 saylı fakturaya əsasən 625.73 (altı yüz iyirmi beş manat 73 qəpik) manat borcu olmasına baxmayaraq 433.15 (dörd yüz otuz üç manat 15 qəpik) manat ödəniş etmiş və həmin faktura üzrə 163.20 manat yayım haqqından, 29.38 manat ƏDV-dən cəmi 192.58 (bir yüz doxsan iki manat 58 qəpik) manat borcu qalmışdır. 22.10.2020-ci il tarixində ödəniş zamanı 61872 nömrəli qəbzdə yalnız ödəyicinin adı qeyd olunduğu və başqa heç bir məlumat qeyd olunmadığı üçün ödəniş qeyd olunan ödəyici üzrə yayım haqqı və ƏDV kimi, eyni tarixli rüsum ödənişi zamanı isə 61871 nömrəli qəbzdə fakturanın nömrəsi əks olunduğu üçün ödəniş təyinatı üzrə qeydə alınmışdır. İXM-in 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla və protokola əlavə edilmiş obyektin üzərindəki reklam barədə çəkilmiş fotoşəkillər, X7 Bakı Şəhəri Reklam İdarəsinin "xxxx" MMC-yə ünvanladığı 04.04.2022-ci il tarixli məktubla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək, 5000 manat (beş min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-1982/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1982/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver