Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1983/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X2 Sabunçu rayon Polis idarəsi, 42-ci polis bölməsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Polis idarəsi, 42ci polis bölməsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən, həmçinin ləğv edilməsini xahiş etdiyi inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş qərarı şikayət ərizəsinə əlavə etmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət ərizəsindən aydın olur ki, Sabunçu rayon Polis idarəsi, 42-ci polis bölməsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylıqərarı ilə X1 Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 200 manat miqdarında cərimə edilmişdir. Şikayətin məzmunundan məlum olur ki, X2 elə həmin tarixdən mövcud qərardan məlumatı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, X4 barəsində çıxarılmış xx xxxx 2020-ci il tarixli MN ******* sayl qərarın ləğv edilməsini xahiş etsə də həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Buna görə də, məhkəmə tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə hansı tarixdə və kimin tərəfindən qərar qəbul edilməsi müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 Sabunçu rayon Polis idarəsi, 42-ci polis bölməsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən, mübahisələndirilən qərar şikayət ərizəsinə əlavə edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X2 Sabunçu rayon Polis idarəsi, 42-ci polis bölməsinin xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1983/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1983/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver