Məhkəmə qərarları › İş №3(004)-1984/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1984/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1984/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ DYPS-nin polis mayoru X3 tərəfindən 13 mart 2025-ci il tarixdə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitəsinin qadağan olunmuş hissəsinə reklam vurulmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 tərtib edilmiş protokola etirazını bildirərək qeyd etmişdir ki, tərtib edilmiş protokolda göstərilənlər əsassızdır. Belə ki, protokol tərtib edilən zaman avtomobilin üzərinə yerləşdirilmiş reklam vinilləri artıq sökülmüşdü. Lakin buna baxmayaraq barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Avtomobilin fotoşəkilləri məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 mart 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdı saat 15:24-də Azərbaycan Respublikası İXM-nin 428.5-ci maddəsinin tələbləri pozulmuşdur. (“Renault Dokker” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı) İş materiallarına əlavə edilmiş AB seriyalı 2550 nömrəli “Nəqliyyat vasitələrində yerləşdirilən reklama dair texniki şərtlər pasportundan” görünür ki, Şəxs MMC-yə məxsus “Renault Dokker” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixədək üzərində reklam yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin təqdim etdiyi) fotoşəkillərdən görünür ki, “Renault Dokker” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan reklam lövhələri sökülmüş vəziyyətdədir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən “Renault Dokker” minik markalı, **-PL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə yeləşdirilmiş reklam lövhələri sökülmüşdür. Bunu məhkəməyə təqdim edilən fotoşəkillər də təsdiq etmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən qeyd edilən halı təkzib edən hər hansı mötəbər sübut (foto və ya videogörüntü və s.) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması inzibati məsuliyyət yaradır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması faktı mötəbər sübutlarla müşayiət olunmadığından, inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsində nəzərdə tutulmuş xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində 13 mart 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar