Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1985/2023 11.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Astara rayonu, Balaca Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Astara rayonu, Balaca Şahağacı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 aprel 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 11 aprel 2023-cü il tarixdə Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşlarına tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, 11 aprel 2023-cü il tarixdə polis əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində xidmətdə olarkən “Toyota Prius” markalı **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulduğunu görərək həmin sürücüyə yaxınlaşılmış və törətdiyi qayda pozuntusu ona izah edilmiş avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğunu bildirmişdir. Şəxs buna etiraz edərək avtomobili müvəqqəti duracağa yerləşdirməyəcəyini demişdir. Şəxs qanunun tələblərinə riayət etməli olduğu bildirilsədə o polisin qanuni tələbinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərinə davam etmişdir. PPXB-nin əməkdaşlarının köməyi ilə 26-cı polis bölməsinə təmin edilmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki,11 aprel 2023-cü il tarixdə polis əməkdaşı ona yaxınlaşaraq avtomobilin üzərində yerləşdirilmiş reklamla bağlı sənədləri istəmiş o da sənədlərinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları avtomobili qanunsuz olaraq müvəqqəti duracağa təmin etmək istəmiş o isə reklam xarakterli örtüyün yerindəcə tərəfindən sökülərək qayda pozuntusu aradan qaldırılacağını demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən 26-cı polis bölməsinə təmin edilmişdir. Hər hansı qaydada polisin qanuni tələbinə qarşı gəlməmişdir. Yekun olaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki,11 aprel 2023-cü il tarixdə Bəsti Bağırova küçəsində xidmətdə olarkən “Toyota Prus” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanma-durma qaudalarını pozaraq ikinci cərgədə dayanmasının görüb avtomobilin sürücüsünə yaxınlaşmışdır. Sürücüyə qayda pozuntusu izah edildikdən sonra avtomobilin üzərində reklam olmasını həmin reklamın yayınlanması barədə icazəni təqdim etməsini bildirmişdir. Sürücü reklam yayımı barədə icazəsinin olmadığını qeyd etmişdir. Bundan başqa sürücüyə avtomobilin şinlərinin yarasız vəziyyətdə olduğu və bu səbədəndə avtomobilin müvəqqəti duracağa təmin edilməli olduğunu bildirmişdir. Sürücü avtomobili müvəqqəti duracağa təmin etməyəcəyini söyləyərək aqressiv şəkildə məsuliyyətdən boyun qaçırmağa başlamışdır. Dəfələrlə qanunun tələbləri izah edilsədə öz qanunazidd hərəkətlərinə davam etmişdir. Buna görə də PPXB əməkdaşları kömək üçün dəvət edilmiş və sürücü 26-cı polis bölməsinə təmin edilmişdir. İş materiallarında olan: Bakı şəhər YPX DYPİ-nin YPXA-nın yol patrul inspektoru X2 tərəfindən 26-cı polis bölməsinin rəhbərliyinə ünvanlanmış 11 aprel 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bəsti Bağırova küçəsində xidmətdə olduğu zaman “Toyota Prius” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb özünü təqdim edib maşını ikinci cərgədə saxlayıb dayanma qaydasını pozmağının səbəbini öyrənmişdir. Avtomobilin sənədlərini təqdim etməsini və üzərində olan reklamın sənədini tələb etdikdə sürücü sahibkar olduğunu və sənədlərinin olmadığını bildirdi. Sürücüyə sənədlərinin olmamasına, qanunsuz reklam ilə idarə etdiyinə, şinlərin tam şəkildə yararsız olduğundan duracağa təmin olunacağənə bildirmiş, söz güləşdirməyə, müxtəlif üsullarla və bəhanələrlə məsuliyyətdən boyun qaçırmağa çalışsada, onun qanuni tələbinə riayət etməyərək tabe olmayaraq tabesizlik göstərmişdir. Özünü dostu kimi təqdim edən və işinə xidmətinə maneçilik törədərək ətrafına vətəndaşları toplamağa çalışmışdır. Yaxınlıqda xidmət aparan PPX əməkdaşlarının köməyi ilə sürücü və vətəndaş bölməyə gətirilmişdir. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri Pənahov Nurhan və Məmmədov Arzuman tərəfindən 26-cı polis bölməsinin rəhbərliyinə ünvanlanmış 11 aprel 2023-cü il tarixli raportdan görünür ki, 11 aprel 2023-cü il tarixdə saat təxminən 10:20 radələrində inzibati ərazidə xidmətdə olarkən “Şəfəq”-in məlumatına əsasən Bəsti Bağırova küçəsinə yaxınlaşıb və **-YP-*** nömrəli YPX-nın ekipajına kömək məqsədilə iki nəfər şəxsi 26-cı polis bölməsinə dəvət etmişlər. İnzibati qaydada tutma haqqında 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:45-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 11 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-1985/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1985/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver