Məhkəmə qərarları › İş №3(004)-1986/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1986/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1986/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi X3 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X1 Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/0239 saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, tərəfindən Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi səbəbi ilə xx xxxxxx 2019-cu il tarixli 00800-0323/19 №-li protokol və həmin protokol əsasında çıxarılmış 00800/0239 №-li, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə və şikayətçinin vəkili X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin barəsində şikayət etdiyi 00800/0239 №-li, xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən AR İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2526,38 manat cərimə tətbiq edilmişdir. Aşağıda sadalanan hallara görə mövcud qərar qanunvericiliyin tələbinə uyğun olmadığı üçün ləğv edilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəyə görə sanksiya xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə tətbiq edilə bilər. Lakin barəsində şikayət etdiyi 00800/0239 №-li, xx xxxxxx 2019-cu il tarixli qərarda adları çəkilən malların 2017-ci ilin oktyabr ayının 4-ü X6 (Dubaya) nümunə olaraq göndərilməsi və geri qaytarılması nəzərə alınmamışdır. Deklarantın səhvi nəticəsində həmin mallar gömrük sərhəddindən malların keçirilmə üsullarının təsnifatı kodunu 31 (müvəqqəti ixrac) ilə deyil, 10 kodu (ixrac) ilə seçilmişdir. Həmçinin deklarant tərəfindən kobud səhv buraxılaraq 31-ci qrafada nümunə sözü qeyd edilməmişdir və 37-ci qrafada əməliyyat kodu kimi «10 00» qeyd edilmişdir. Həmin mallar Rusiya, Macarıstan və İndoneziyadan idxal olunan mallardan nümunə kimi seçilib yığılan məhsullardır. Həmin mallar nümunə kimi göndərildiyindən qarşı tərəfdən heç bir ödəniş olmamışdır. Bu hal xx.xx.2017-ci il tarixli 11/İNV/17 saylı invoice-la da təsdiq edilir. Yəni həmin mallar nümunə olduğundan heç bir kommersiya məqsədi daşımır. Bununla bağlı tərəfindən Hava Nəqliyyatında Gömrük İdarəsinə ərizə ilə müraciət etmişdir. Bu səbəblə də tam qətiyyətlə demək olar ki, inzibati xəta hadisəsi olmamışdır. AR İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Barəsində şikayət etdiyi 00800/0239 №-İi, xx xxxxxx 2019-cu il tarixli qərarının mətnindən aydın olur ki, həmin qərar xx xxxxxx 2019-cu il tarixli 00800- 0323/19 №-li protokol əsasında qəbul edilmişdir. Lakin bildirmişdir ki, həmin protokol tərtib edilərkən inzibati protokol haqqında AR İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Onun xx xxxxxx 2019-cu il tarixli 00800-0323/19 №-li protokol və həmin protokol əsasında çıxarılmış 00800/0239 №-li, xx xxxxxx 2019-cu il tarixli qərar barəsində heç bir məlumatı omamışdır. Yalnız xx.xx.2020-ci il tarixdə cərimə ödənilməli olduğu barədə icra məmurunun çağırışından sonra xx.xx.2020-ci il tarixdə barəsində şikayət etdiyi qərarı əldə edə bilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi səbəbi ilə xx xxxxxx 2019-cu il tarixli 00800-0323/19 №-li protokol və həmin protokol əsasında çıxarılmış 00800/0239 №-li, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, əmək müqaviləsinə xitam verilən işçinin son haqq-hesabı gec verildiyi üçün işəgötürən inzibati əmsuliyyətə cəlb edilmişdir. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/0239 saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 İXM-in 483-cü maddəsi ilə təqsirli bilinib2526,38 manat cərimə edilmişdir. Qərara əsasən X5 tərəfindən **********3768 sorğu nömrəli bəyannaməsi ilə ümumi gömrük dəyəri 5052,77 manat (ümumi invoys dəyəri 2971,87 USD) olan döşəmə üçün yığılmış parketlər, digər növ ağacın oduncağından qapılar, mağazalarda malların nümayişi üçün istifadə olunan stendlər (ağacdan), polimateriallardan pilintuslar və yer vurulması üçün plankalar, ağacdan əvdaxili pilləkənlər, döşəmə üçün yığılma lövhə parketlərdən ibarət yük xx.xx.2017-ci il tarixdə ixrac xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. GB-nin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanın üsulu “003”, yəni malın dəyərinin ödənilmədiyi qeyd olunmuşdur. Beləliklə həmin inzibati xəta xx.xx.2017-ci il tarixdə törədilmişdir. Həmin tarixdən hesablanmaqla İXM-nin 483-cü maddəsin üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti olan 01 illik müddət xx.xx.2018-ci il tarixdə bitir. Lakin həmin inzibati məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra inzibati tənbeh qərarı xx.xx.2019-cu il tarixdə çıxarılmışdır. Halbuki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən,inzibati tənbeh tətbiq edilə bilməzdi. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi iləqəbul edilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 00800/0239 saylı, xx.xx.2019-cu il tarixliinzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar