Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1986/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X4 oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firmasının qanuni nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə “İ-Qafqaz» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firmasının nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, ,Şəxs Firması balansında olan avtonəqliyyat vasisitələrini (avtonəqliyyat vasisitələrinin siyahısı icarə müqaviləsində göstərilmişdir) 29 aprel 2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi №022/22 müqaviləyə əsasən istismar etmək üşün "xxxx" MMC-yə təhvil vermişdir. Həmin müqaviləyə əsasən bütün öhdəliklər “Cinar Trans'’ MMC aid olduğundan müqavilədə göstərilən avtonəqliyyat vasitələri ilə yaranan məsələlərin "xxxx" MMC-yə qanuna müvafiq olaraq yönləndirilməlidir.. Qeyd olunanları nəzərə alaraq hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndələrini göndərməmişdir. Beləliklə, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs Firması ilə "xxxx" MMC arasında bağlanmı. xx.xx.2022-ci il tarixli №022/22 saylı “avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən” görünür ki, «İ-Qafqaz” Firması mülkiyyətində olan **-TH-***, **-TH-***, **- TH-***, 10-Tİ1-210. **-TH-***, **-TH-***, **-TG-***, 10JG-263, **-TF-***, **-TF-***, 10-TF- 967 dövlət qeydiyyat nişanlı, “Daewoo BS 090” markalı avtonəqliyyat vasitələrini Cinar Trans” MMC-yə icaryə vermişdir. İş materiallarına əlavə edilmiş Şəxs Firmasının Bakı şəhəri Yasamal RPİ-nin DYPŞnə ünvanladığı xx.xx.2023-cü il tarixli 06 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli №022/22 saylı “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi” üzrə inzibati orqana məlumat verilmişdir. Qeyd edilən məktubun inzibati orqana ünvanlanmasını Azərpoçt MMC-nin xx.xx.2023-cü il tarixli ********* nömrəli məxaric qəbzi təsdiq edir. İş materiallarında olan bildirişdən görünür ki, “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus xx.xx.2025-ci il tarixdə saat 16:07-də Bakı-Quba- Rusiya yolunun 13-cü km-də Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Buna görə də Şəxs Firmasına bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddələsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən sorğu edilən “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtobus icarə əsasında "xxxx" MMC-yə verilmiş və bununla bağlı rəsmi məlumat inzibati orqana ünvanlanmışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda Şəxs Firmasının əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa və ya qərarı qəbul etmiş məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-1986/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1986/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver