Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1988/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X10 iclas katibliyi ilə, X1 AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər idarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti, Bakı Şəhər idarəsinin **********6 saylı, 18 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. 13 oktyabr 2021-ci il tarixli, 0157/21 saylı Əmək Müqaviləsinə ilə X9, 13 oktyabr 2021-ci il trixli, 0167/21 saylı Əmək Müqaviləsi ilə X11, 25 noyabr 2021-ci il tarixli, 0261/21 saylı Əmək Müqaviləsi ilə X17, 25 noyabr 2021-ci il tarixli, 0260/21 saylı Əmək Müqaviləsi ilə X6 və "xxxx" MMC arasında işəmuzd əsasla əmək münasibətləri mövcud olmuş, X9, X11, X17 və X3 əmək və məzuniyyət haqları hesablanarkən riyazi hesablamalar nəticəsində səhvə yol verilmiş və yanlışlıqla əksik ödənişlər edilmişdir. Riyazi hesablamalardakı yanlışlıqlar aradan qaldırıldıqdan sonra "xxxx" MMC tərəfindən X9, X11, X17 və X4 ödənilməli haqqların qalıq hissələri tam olaraq ödənilmişdir. Lakin, buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti, Bakı Şəhər idarəsi sözügedən əmək və məzuniyyət haqqları hesablanarkən yaranmış nöqsanın riyazi hesablama ilə bağlı olmasını nəzərə almamış, inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC-yə cərimə müəyyən etmişdir. Qeyd edilənlərə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti, Bakı Şəhər idarəsinin **********6 saylı, 18 mart 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassızdır. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X7 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq şikayətin təmin edilməməsini və AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X12 İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən "xxxx" MMC-nin direktoru kimi X12 tərəfindən vətəndaş X5 və digərlərinin əmək müqaviləsinə xitam verilərkən əmək və məzuniyyət xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Bu barədə 10.03.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 18.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-1988/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1988/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver