Məhkəmə qərarları › İş №3(004)-1988/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1988/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1988/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Qərarından şikayət verilmiş AR DİN Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X6 Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, yol-patrul xidməti inspektoru tərəfindən barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol üzrə mənim barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Ümumiyyətlə barəsində xx.xx.2022-ci il tarixdə qərar qəbul edilməsindən məlumatı olmamışdır. Həmin protokolun tərtib olunmasına etiraz etsə də, inspektor onunla razılaşmamışdır. Qərarın qəbul olunması üçün 04 dəfə DXN-in 102 xidmətinə müraciət etməsinə baxmayaraq, Bakı şəhər DYPİ-si tərəfindən onun (X4) iştirakı olmadan, qəbul edilmiş qərara əsasən o guya işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də həmin maddə ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Həmçinin tərtib edilmiş qanunsuz, heç bir mötəbər sübuta sökənməyən protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarda qeyd olunan avtomobili o etibarnamə əsasında idarə edir, protokolda və qərarda inzibati xəta törətməsi ehtimal edilən şəxsin idarə etdiyi avtomobilə heç bir aidiyyəti yoxdur. Ərizə ilə xx.xx.2023-cü il tarixdə müraciət edərək, barəsində (X8 barəsində) gizlincə qəbul edilmiş qərarın sürətini almışdır. Daha sonra qərardan rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.01,2023-cü il tarixli qərardadı ilə şikayəti geri qaytarılmışdır. Səbəb olaraq həmin qərardadda mübahisələndirilən qərarın X8 barəsində qəbul olunması və onun tərəfindən həmin qərardan şikayət olunmasının zəruri olduğu göstərilmişdir. Yenidən etdiyi şikayətlər nəticəsində qərar dəyişdirilərək, onun iştirakı və xəbəri olmadan DYPİ-si tərəfindən yuxarıda qeyd etdiyi protokol əsasında onun barəsində xx.xx.2022-ci il tarixli TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar qəbul etmişdir. Qərarın sürətini xx.xx.2023-cü il tarixdə müraciət etdikdən sonra əldə etmişdir. Bakı şəhər DYPİ-si tərəfindən yuxarıda qeyd etdiyi protokol əsasında onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhər DYPİ-in xx.xx.2022-ci il tarixli TP seriyalı, ******* saylı qərarın qəbul edilməsinə əsas olan inzibati protokolu, inzibati qərarı ilə tanış olduqda ona məlum olmuşdur ki, protokolda və qərarda inzibati xətanın mövcudluğunu təsdiq edən hər hansı bir sübut öz əksini tapmır. Halbuki, məlumatı olmadığı halda tərtib edilmiş protokola əsasən qərar qəbul edilmişdir. O inzibati xəta törədilməyi ilə razılaşmır, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan onun barəsində inzibati tənbeh qərarı çıxarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X6 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X5 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı qərardan görünür ki, X6 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən sözügedən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan narazı olan X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-1988/2023 saylı qərarı ilə Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən verilmiş vəsatətə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-1988/2023 saylı qərarından verilmiş apellyasiya müddətinin bərpa edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3(004)-1988/2023 saylı qərardaddan görünür ki, Bakı şəhər Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən verilmiş vəsatət təmin edilmişdir və xx.xx.2023-cü il tarixli, 3(004)-1988/2023 saylı qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İş materiallarına olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)- 1445/2023 saylı qərarına əsasən Baş Polis İdarəsi X12 İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırkı məhkəmə iclasında təqdim edilərək iş materiallarına əlavə edilmiş bir ədəd DVD diskdə olan videogörüntülərə məhkəmə baxış keçirən zaman aşkar edilmişdir ki, şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 15:41 radələrində X3 idarə etdiyi “Toyota Prius” minik markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Haqverdiyev küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsində hərəkət edərkən işıqforun həm düz hərəkət etmək, həm də sağ istiqamətdə dönmək üçün müvafiq işarəsinin yanmasına əsasən hərəkətinə davam etmiş və hər hansı qayda pozuntusu törətməmişdir. Həmin ərazidə yerləşdirilən işıqforun eyni anda hər iki istiqamət üzrə hərəkət etmək imkanı verdiyini nəzərə alaraq, Qədir Məmmədov tərəfindən idarə etdiyi avtomobili sağ istiqamətə hərəkət etdirməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, X6 barəsində tərtib edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli, şikayət isə əsaslı hesab edilərək təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 şikayəti təmin olunsun. X6 barəsində tərtib edilmiş Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin xx.xx.2022-ci il tarixli TP seriyalı ******* qərarı ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar