Məhkəmə qərarları › İş №3(004)-1992/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1992/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1992/2020 11.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 iclas katibliyi ilə X1nun iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Şöbəsi (PŞ) tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X10 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində, iş yerinə dair müvafiq icazə ilə Bakı şəhəri, Xətai rayonu, Azure biznes plazada yerləşən iş yerindən çıxaraq “Ağ şəhər” bulvarı ilə “28 May” metrostansiyasına gedərkən polis əməkdaşı tərəfindən ona 19:00 radələrində yəni işdən çıxma vaxtında, xüsusi karantin rejimi qaydalarının tərəfindən pozulduğu iddia edilərək İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. İş yerinin ünvanının “Ağ şəhər” bulvarının yaxınlığında yerləşməsinin və bu istiqamət ilə hərəkət etməyində heç bir məhdudiyyətin olmadığını nəzərə alaraq polis əməkdaşının tərtib etdiyi protokol əsassız hesab edilməlidir. Eyni məzmunlu şikayət ərizəsi ilə Xətai RPİ-nin 37-ci PŞ-nə yazılı şəkildə müraciət etsədə heç bir rəsmi cavab almamışdır. Göstərilənlərə əsasən Xətai RPİ-nin 37ci PŞ-nin sahə inspektoru X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “xxxx” MMC-də mütəxəssis vəzifəsində çalışır və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək təsdiqlənmiş icazəsi İcazələrin Alınması və Monitorinqi Sisteminə daxil edilmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X4 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X10 həmin tarixdə Xətai rayonu “Ağ şəhər” bulvarında saat 19:40 radələrində xüsusi karantin rejimi qaydalarının tələbini pozmuşdur. X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X4 tərəfindən qəbul edilmiş edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan müəyyən edilir ki, X10 edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan my.gov.az portalından xx.xx.2020-ci il tarixli İcazələrin Alınması və Monitorinqi Sistemindən arayışdan görünür ki, X10 “xxxx” MMC-də mütəxəssis vəzifəsində çalışır və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmətlə bağlı Bakı şəhəri ərazisi üzrə hərəkətinə icazə verilmişdir. Təsdiq statusu bölməsindən müəyyən edilir ki, icazə təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” X15 daxil olmuş xx xxxxxx 2020-ci il tarixli **********17 nömrəli məktubdan görünür ki, 2020-ci il 7 iyul tarixində icazə sistemlərində vətəndaş X6 aid icazələrin statusu aşağıdakı kimi müəyyən edilmişdir:

1. “X8 X9 Alınması və Monitorinqi Sistemi” (icaze-e.gov.az portalı) üzərindən – 2020ci il 7 iyul tarixində saat 09:06:57-də vətəndaşa aid icazə qeydiyyata alınmış və həmin tarixdə saat 09:08:09-da təsdiqlənmişdir. Sözügedən icazə 2020-ci il 5 avqust tarixinədək qüvvədə olmuşdur.

2. 8103 SMS İcazə Sistemi üzərindən həmin tarixdə müraciət daxil olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxx 2020-ci il tarixdən qüvvədə olan 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli qərarı ilə Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə X8 sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək bir sıra məhdudiyyətlər o cümlədən hərəkət məhdudiyyəti tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli 236 nömrəli qərarı ilə Bakı şəhəri ərazisində hərəkət məhdudiyyəti xx xxxx 2020-ci il tarixə qədər uzadılmışdır. Həmin qərarın 1.3-cü bəndinə əsasən Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə- könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, X10 barəsində xx.xx.2020-ci il tarixdə protokol tərtib edilərkən onun barəsində müvafiq hərəkət icazəsi “X8 X9 Alınması və Monitorinqi Sistemində” qüvvədə olmuşdur. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul edilən zaman X5 Bakı şəhəri üzrə hərəkət icazəsi mövcud olduğundan, Əhməd Hümbətovun şikayəti təmin edilməli, Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X4 tərəfindən qəbul edilmiş edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Xətai RPİ-nin 37-ci PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

X5 şikayəti qismən təmin olunsun. X10 barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar