Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1992/2021 27.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1961-ci ildə Ağdam rayonu, Kəngərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu, Kəngərli kəndinə qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Talıblı 24, mənzil 29 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Yasamal rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən tərtib edilmiş 27 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Ağdam Rayon Məhkəməsinin 2(13)-5652/2016 saylı, 05.12.2016-cı il və 2(13)2246/2017 saylı, 16.05.2017-ci il tarixli icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmış və icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini qəsdən yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(13)-2246/2017 saylı, 16.05.2017-ci il tarixli icra sənədinə əsasən borclular X3, X1, Şəxs və X2 müştərək qaydada 15223 USD əsas, 1744,47 USD faiz borcu, 1 USD cərimə, cəmi 16968,47 USD borc, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə və 30 manat dövlət rüsumu tutularaq “FİNCA Azərbaycan” X8 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsində 16.08.2017-ci il tarixli qərarla icraata başlanılmış, eyni tarixdə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Həmçinin Ağdam Rayon Məhkəməsinin 2(13)-5652/2016 saylı, 05.12.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3, X1, Şəxs və X2 müştərək qaydada 15223 USD əsas, 1744,47 USD faiz borcu, 143,48 USD cərimə, cəmi 17110,95 USD borc, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə və 30 manat dövlət rüsumu tutularaq “FİNCA Azərbaycan” X8 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsində 07.02.2017-ci il tarixli qərarla icraata başlanılmış, eyni tarixdə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilib, tələbin könüllü icrası barədə bildiriş ona 22.11.2017-ci il tarixdə təqdim edilmişdir. Lakin borclu tərəfindən hazıradək icra sənədi üzrə borcunu ödəməmişdir. Borclu Şəxs izahatlarında borcun M.İsmayılov tərəfindən kommersiya işləri görülməsi üçün götürüldüyünü, lakin M.İsmayılovun Musa tərəfindən aldadıldığını, bu barədə istintaqda iş getdiyini, iş başa çatdıqdan sonra M.İsmayılov tərəfindən borcun ödəniləcəyini bildirmişdir. X10 göstərilən hallar nəzərə alınmaqla Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbil edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, məhkəmənin icra sənədi üzrə öhdəliklərindən yayınmır, qeyd olunan borcu Mehman İsmayılov kommersiya işləri görmək üçün götürmüş və Musaya vermiş, lakin Musa tərəfindən aldadılmışdır. Bununla bağlı istintaqda iş getmişdir. Qeyd olunan borc məbləği isə hazırda tam şəkildə ödənilmiş və onun tələbkar “FİNCA Azərbaycan” MMQBKT qarşısında heç bir öhdəliyi qalmamışdır. Qeyd olunan hallar nəzərə alınaraq o, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs verilmiş suallar əsasında əlavə olaraq bildirdi ki, o, ilk dəfə olaraq 22.11.2017-ci il tarixdə icra şöbəsində olmuş, icra sənədini, icraata başlamaq haqqında qərarı, tələbin könüllü icrasına dair bildirişi həmin tarixdə rəsmi qaydada alaraq izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra sənədi üzrə tələbkar “FİNCA Azərbaycan” X8 Bank Kredit Təşkilatına qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X10 məlumat verərək bildirdi ki, icra işi üzrə tələbkar “FİNCA Azərbaycan MMQBKT-nin nümayəndəsi məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq hazırda məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxsin (tələbkar) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, eyni zamanda icra işini nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(13)-5652/2016 saylı, 05.12.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3, X1, Şəxs və X2 müştərək qaydada 15223 USD əsas, 1744,47 USD faiz borcu, 143,48 USD cərimə, cəmi 17110,95 USD borc, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə və 30 manat dövlət rüsumu tutularaq “FİNCA Azərbaycan” X8 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(13)-2246/2017 saylı, 16.05.2017-ci il tarixli icra sənədinə əsasən borclular X3, X1, Şəxs və X2 müştərək qaydada 15223 USD əsas, 1744,47 USD faiz borcu, 1 USD cərimə, cəmi 16968,47 USD borc, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə və 30 manat dövlət rüsumu tutularaq “FİNCA Azərbaycan” X8 Bank Kredit Təşkilatının xeyrinə ödənilməsi müəyyən edilmişdir. İcra işindən həmçinin müəyyən edilmişdir ki, aidiyyəti qurumlara ünvanlanmış sorğular əsasında Şəxs mülkiyyətində tələbin məcburi qaydada yönəldilə biləcəyi hər hansı bir əmlakı və ya qazancı aşkar edilməmişdir. İş materiallarında olan “FİNCA Azərbaycan” MMQBTK-nın 17.06.2021-ci il tarixli, 2021/999/5438 saylı arayışından görünür ki, X7 və zaminləri X4 və Şəxs 27.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuruicra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərardaicra məmuruicra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə,həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla,icraata başlanıldığı vaxtdan ən çoxuon günmüddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(13)-2246/2017 saylı, 16.05.2017-ci il tarixli icra sənədinə əsasən borclular X3, X1, Şəxs və X2 müştərək qaydada 15223 USD əsas, 1744,47 USD faiz borcu, 1 USD cərimə, cəmi 16968,47 USD borc, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə və 30 manat dövlət rüsumu tutularaq “FİNCA Azərbaycan” X8 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsində 16.08.2017-ci il tarixli qərarla icraata başlanılmış, eyni tarixdə borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Həmçinin Ağdam Rayon Məhkəməsinin 2(13)- 5652/2016 saylı, 05.12.2016-cı il tarixli icra sənədinə əsasən borclular X3, X1, Şəxs və X2 müştərək qaydada 15223 USD əsas, 1744,47 USD faiz borcu, 143,48 USD cərimə, cəmi 17110,95 USD borc, qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə və 30 manat dövlət rüsumu tutularaq “FİNCA Azərbaycan” X8 Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İcra sənədi üzrə Yasamal rayon İcra şöbəsində 07.02.2017-ci il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş 22.11.2017-ci il tarixdə Şəxs rəsmi qaydada təqdim edilmişdir. Lakin işə məhkəmədə baxılarkən müdafiə tərəfinin təqdim etdiyi arayışdan müəyyən edilmişdir ki, Şəxs borcu ödənilmiş və “FİNCA Azərbaycan” X8 Bank Kredit Təşkilatına heç bir öhdəliyi qalmamışdır. Beləliklə, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi halı, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-1992/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1992/2021
27.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver