Məhkəmə qərarları › İş №3(004)-1994/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1994/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1994/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi "xxxx" MMC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə əmək müqaviləsi üzrə “növbətçi” vəzifəsində çalışan X2 06.04.2021-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X7 Xidmətinin Bakı şəhər idarəsinə müraciəti əsasında həmin MMC-nin baş direktoru X6 barəsində “İnzibati Xəta haqqında” MN ******* saylı 07.06.2021-ci il tarixli protokol tərtib edilmişdir. Daha sonra, H.A.Məmmədovun barəsində həmin protokola əsasən “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı, 17.06.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən H.A.Məmmədov AR İXM-nin 192.4-cü maddəsinə əsasən 700 manat məbləğində cərimə edilmişdir. 24.08.2021-ci il tarixdə təkrar müraciətdən sonra, qəbul edilmiş qərarın surəti "xxxx" MMC-nin əməkdaşına təqdim edilmişdir. Hesab edir ki, qərar əsassızdır və Azərbaycan Respublikasının qanunlarına uyğun qəbul edilməmiş, inzibati xəta haqqında protokol tərtib edilməsinin müddətlərin buraxılması ilə tərtib edilmişdir. X2 06.04.2021-ci il tarixli müraciəti əsasında, X7 Xidmətinin Bakı şəhər idarəsi "xxxx" MMC-yə məktub ilə müraciət edərək, əlavə edilmiş siyahı üzrə tələb olunan sənədlərin təqdim olunmasını xahiş etmişlər. Həmin müraciətə əsasən bütün tələb olunan sənədlər X7 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilmişdir və baş vermiş anlaşılmamazlıqa aydınlıq gətirilmişdir. Belə ki, izah olunmuşdur ki, X3 mart ayının tabeliyinə uyğun 31.03.2021-ci il tarixdə növbəyə çıxmamalı və digər əməkdaşın X1 ilə əlaqədar növbəyə çıxa bilməməsi nəticəsində İ.M.Şirinov onu öz razılığı ilə əvəz etmişdir. Məhz bu səbəbdən 01 aprel 2021ci il tarixdə bütün Betta MMC-nin əməkdaşlarına əmək haqqı verildikdə İ.M.Şirinovun əlavə smeni nəzərə alınmamışdır. Bu barədə məlumat alınan kimi, İ.M.Şirinovun əmək haqqısı tam şəkildə ödənilmişdir və onun ödəniş ilə razılaşması barədə ərizəsi alınaraq X7 Xidmətinin Bakı şəhər idarəsinə göndərilən sənədlərə əlavə edilmişdir. Lakin, bütün göstərilənlər nəzərə alınmadan bir aydan çox müddət keçməsinə baxmayaraq 07.06.2021ci il tarixdə “İnzibati Xəta haqqında” MN ******* saylı 07.06.2021-ci il tarixli protokol tərtib edilmiş və onun əsasında “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı 17.06.2021-ci il tarixli qərar qəbul edilmişdir. Artıq məlum olduğu kimi, X3 06.04.2021-ci il tarixdə X7 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmiş, lakin protokol 07.06.2021-ci il tarixdə tərtib edilmişdir. Bu da onu göstərir ki, tərtib olunmuş protokol müddət tələblərinin pozulması ilə tərtib edilmişdir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 nümayəndəsi və vəkili Nümayəndə ərizənin mahiyyətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 07.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru X6 vətəndaş X2 əmək haqqısının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol vermişdir. Bununla da H.A.Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X6 vətəndaş X2 əmək haqqısının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol vermişdir. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən vətəndaş X2 əmək haqqısının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir, bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş X2 əmək haqqının tam yox, bir növbənin ödənilməməsi məhz riyazi hesablamalar nəticəsində baş vermiş və bu hal aradan qaldırılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, H.A.Məmmədovun barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi H.A.Məmmədovun əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar