Məhkəmə qərarları › İş №3(004)-1998/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-1998/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-1998/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Adil oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətdə şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə ona qeyriqanuni olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə İXP ******* saylı protokol yazılmışdır. Bu protokolun ləğv olunmasına dair o, məhkəməyə 09 iyun və xx xxxxxx 2020-ci il tarixində yazılı surətdə müraciət etmişdir. Lakin, məhkəməyə yönəltdiyi məktubda lazım olan müvafiq sənədlər olmadığından məhkəmə bu məsələyə aid heç bir qərar verə bilməyəcəyini bildirdi və o, bu haqda xx xxxxxx 2020-ci il tarixində məhkəmədən rəsmi məktub aldı. Həmin məktubda məhkəmə onun bu məsələ ilə bağlı 10 (on) gün müddətində bir daha müraciət etmək hüququnu qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, o, məhkəməyə lazım olan müvafiq sənədləri yönəldərək bir daha bu məsələyə aid müraciət etdi. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 xx.xx.2020-ci il tarixdə saat 23:27 radələrində idarə etdiyi “X7 C30 minik” markalı, **-CZ-*** nömrə nişanlı avtomobillə Saray təzə yolunda ölkə ərazisində müəyyən edilmiş Epidemiya əlehinə rejim, sanitariyagigiyena və Karantin rejim qaydalarını pozduğuna görə İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Lakin şikayətə əlavə edilmiş iş materiallarında olan X2 elektron sistemdən çıxarışdakı məlumatlarına əsasən o, “xxxxxxxxxxxx” MMC-də mexanik vəzifəsində işləyir, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisi üzrə hərəkətinə icazə verilmişdir, qeydiyyat təsdiq edilmişdir. Bununla da şəxs xx.xx.2020-ci il tarixdə qeyd edilən inzibati xətanı törətməkdə təqsirli bilinsə də, həmin tarixdə onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır və təqdim edilmiş sübutlarla şəxsin inzibati məsuliyyəti istisna edilir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestəbaxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Adil oğlu barəsində İXM-nin 211.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonu Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar