Məhkəmə qərarları › İş №3(004)-1999/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-1999/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-1999/2020 26.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X5 nümayəndəsi və vəkili X2 Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli protokol və xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X5 nümayəndəsi və vəkili X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli protokol və xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət ərizəsindən aydın olur ki, Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 1300 manat miqdarında cərimə edilmişdir. Şikayətə əlavə olunmuş məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixli qərar xx xxxx 2020-ci il tarixdə X7 göndərilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, X5 nümayəndəsi və vəkili X3 şikayət ərizəsini düzgün formada tərtib etməmiş, şikayət ərizəsində Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq, tərəfləri “iddiaçı” və “cavabdeh” kimi qeyd etmişdir. Azərbaycan Respublikası İXM-də isə belə anlayışlar mövcud deyildir. Digər tərəfdən şikayət ərizəsində ləğv edilməsi xahiş edilmiş qərarın tarixi düzgün qeyd edilməyər, “xx.xx.2020-ci il tarix” əvəzinə “xx.xx.2020-ci il tarix” qeyd edilmişdir. Həmçinin məhkəmədən qərarla birlikdə protokolun da ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə isə qərardan şikayətə baxa bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X5 nümayəndəsi və vəkili X2 Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli protokol və xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən, mübahisələndirilən qərar şikayət ərizəsinə əlavə edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X5 nümayəndəsi və vəkili X2 Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin xx xxxx 2020-ci il tarixli protokol və xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar