Məhkəmə qərarları › İş №3(004)-2/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi ilə X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-cü il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş, xx.xx.2022-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-cü il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş, xx.xx.2022-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5325/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olduqdan sonra şikayətçi X3 məhkəməyə ərizə ilə müraciət edərək Xətai rayonu, K.Kərimov 15C ünvanında daimi qeydiyyatda olduğunu əsas gətirərək işin baxılması üçün aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5995/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-6320/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-cü il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş, xx.xx.2022 tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə dair materiaı məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2752/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X2 şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. X1 müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsi üçün ötürülmüş müddəti üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, **-SS-*** Xəzər tipli xidmət avtomobilinin üzərində 28 protokol X6 tərəfindən tərtib edilmişdir. Protokol və qərarlar ilə bağlı dəfələrlə ərizə ilə və elektron qaydada Azərbaycan Respublikası X6nə və Xətai rayon yol polisi şöbəsinə müraciət etsəkdə bu günə qədər ərizələrimiz cavabsız qalmışdır. Avtomobilimin üzərində olan cərimələrin qərarları və protokolları ünvanlarına rəsmi göndərilmədiyini nəzərə alaraq, buraxılmış prosesual müddətin bərpa edilməsini və ərizəsinə qanuna müvafiq qaydada baxılmasını xahiş etmişdir. Vəsatətə baxılması yeri və vaxtı barədə qərardan şikayət vermiş orqan və barəsində inzibati xəta üzrə icraata xitam verilən şəxs xəbərdar olunmasına baxmayaraq (buna görə məhkəmə iclası təxir edilmişdir), məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndələrini məhkəməyə göndərməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinin tələbinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş materiallardan görünür ki, BNA ******* saylı, xx.xx.2022 tarixli inzibati tənbeh vermə haqqında qərar X2 elektron kabinetinə xx.xx.2022ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda müddətin bərpasını xahiş edən tərəf barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar vaxtında yəni xx.xx.2022-ci il tarixində onun şəxsi elektron kabinetinə yerləşdirilmişdir və hazırda müddətin bərpa edilməsi ilə bağlı gətirilən dəlilləri ağlabatan və tutarlı hesab etmir. Belə ki, həmin müddətdən 2 ildən çox vaxt keçməsinə baxmayaraq şəxsin həmin qərardan məlumatsız olması ağlabatan deyildir və vəsatətdə də qeyd olunur ki, o, həmin cərimələrdən və qərarlardan xəbərdar olmuş və bununla bağlı aidiyyəti qurumlara müraciətlər ünvanlamışdır. Məhkəmə hesab edir ki, ötürülmüş müddətin bərpasına o halda yol verilir ki, müddət üzrlü səbəbdən və proses iştirakçısının təqsiri olmadan buraxılmış olsun. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki halda prosessual müddətin üzürlü səbəbdən buraxılmış hesab edilməsi üçün vəsatətin dəlilləri əsassızdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, vəsatətə baxılmasının yeri və vaxtı barədə şikayətçi rəsmi qaydada məlumatlandırılmış, hətta məhkəmə iclası iştirakı təmin etmək məqsədilə təxirə salınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasə müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə görə buraxılmış maddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, vəsatət vermiş şəxs barəsində qəbul edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-cü il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş, xx.xx.2022-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vaxtında xəbəri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-cü il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş, xx.xx.2022-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti əsassız hesab olunaraq rədd edilməlidir. QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-cü il tarixli, BNA ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş, xx.xx.2022-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar