Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2000/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsininsəlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 01400-1071/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 01400-1071/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2017-xx.xx.2019-cu illər ərzində olan fəaliyyətinə dair Şimal Ərazi Baş Gömrük İdarəsində aparılmış audit nəticəsində müəyyən olunmuşdur ki, Rusiya Federasiyası, Kirov vilayəti, Kirov səhəri, Utyanovskaya küçəsi, ev 2, mənzil 49 ünvanında qeydiyyatda olan fərdi sahibkar - X1 tərəfindən Azərbaycan Respublikası, ünvan 1 məhəllə 563 ünvanında qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına 42241794 saylı vaqonda idxal olunmuş 88,273 kub metr ölçüdə və 492295,20 rus rublu dəyərində "meşə materialı" yükü xx.xx.2017-ci il tarixli, **********9319 saylı gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən zaman Rusiya Federasiyası mənşəli yük kimi bəyan edilmişdir. Lakin "Şəxs" MMC həmin yükü Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş"in iştirakçısı olmayan, Şotlandiya Respublikasında qeydiyyatda olan "Reqiontrade L.P." şirkəti ilə bağladığı 02,03.2017-ci il tarixli, 276 saylı müqavilə əsasında idxal etdiyi üçün 2792,77 manat məbləğində gömrük ödənişləri məbləğini ödəməkdən yayınmışdır. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X3 bildirmişdir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə lazımi qaydada məlumat verilmiş, həmin orqandan məhkəməyə daxil olmuş məktubda xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 01400-1071/20 saylı protokoldan görünür ki, "Şəxs" MMC-nin ünvanına 42241794 saylı vaqonda idxal olunmuş 88,273 kub metr ölçüdə və 492295,20 rus rublu dəyərində "meşə materialı" yükü xx.xx.2017-ci il tarixli, **********9319 saylı gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən zaman Rusiya Federasiyası mənşəli yük kimi bəyan edilmişdir. Lakin "Şəxs" MMC həmin yükü Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş"in iştirakçısı olmayan, Şotlandiya Respublikasında qeydiyyatda olan "Reqiontrade L.P." şirkəti ilə bağladığı xx.xx.2017-ci il tarixli, 276 saylı müqavilə əsasında idxal etdiyi üçün 2792,77 manat məbləğində gömrük ödənişləri məbləğini ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında protokol isə xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsində nəzərdə tutulmuş müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş 01 illik müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1,40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin barəsində xx xxxxxx 2020-ci il tarixli, 01400-1071/20 saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2000/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2000/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver