Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2003/2020 24.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrəbaxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan“X8” (yük) markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X6 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, tərəfindən Cəmiyyətə ünvanlanmış sorğu xx xxx 2020-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Hətta bununla bağlı o, Cəmiyyətin nümayəndəsi və hazırda məhkəmə baxışında iştirak edən Rəşad Cəbrayılovla telefon əlaqəsi saxlamış, bundan sonra DYPŞ-nə Cəmiyyətin xx xxxx 2020-ci il tarixli məktubu daxil olaraq mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin sürücüləri barədə məlumat verilmiş, qeyd olunan məlumatlar sistemə daxil edilmişdir. X2 ünvan sahibinə çatdırılmasına dair üzərində “SS673098639AZ” ştrix kodu olan sifarişli poçt xəbərnaməsini və Cəmiyyətin xx xxxx 2020-ci il tarixli cavab məktubunu məhkəməyə təqdim edib ona verilmiş suallar əsasında qeyd etmişdir ki, sorğunu hüquqi şəxsin ünvan 1 ünvanında yerləşən bağ evinə göndərmiş, həmin ünvanda isə hüquqi şəxsə məxsus mebel dükanı yerləşir. O, göstərilənlərə əsasən səlahiyyətli orqan olan Xəzər RPİ-nin DYPŞ-nin sorğusuna qanunla müəyyən edilmiş müddət ötürülməklə cavab verən hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Cəbrayılov Rəşad Vəkil oğlu izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi MMC-nin mülkiyyətində olan “X8” (yük) markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barəsində məlumatın verilməsi haqqında Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMCnin rəhbərliyinə ünvanlanmış sorğu Cəmiyyətə rəsmi qaydada daxil olmamışdır. Lakin DYPŞ-nin əməkdaşı ilə sürücülərin məlumatlarının təqdim edilməsi ilə bağlı aralarında telefon danışıqları aparılmışdır. Bu şifahi sorğular əsasında o, özü Cəmiyyətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin sürücülərinin anket və sürücülük vəsiqələrinin məlumatları, o cümlədən əlaqə telefon nömrələri barədə rəsmi qaydada məlumat vermişdir. Lakin “X8” (yük) markalı, **-JU-*** dövlət qeydiyyat nişanlıavtomobili idarə edən sürücü barədə məlumatların səlahiyyətli orqana, yəni Xəzər RPİ-nin DYPŞ-nə təqdim edilməsinə dair hər hansı bir yazılı sorğu Cəmiyyətə rəsmi qaydada daxil olmamışdır. Bundan başqa Cəbrayılov Rəşad Vəkil oğlu məhkəməyə hüquqi şəxsin dövlət qeydiyyatına dair çıxarışın surətini təqdim edərək bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdən Cəmiyyətin hüquqi ünvanı, onun faktiki fəaliyyət göstərdiyi ünvana yəni, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti ev 198, M 14, mənzil 3 ünvanına dəyişdirilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Buna baxmayaraq iş materialları ilə tanış olduqda müəyyən etmişdir ki, Xəzər RPİ-nin DYPŞ-nin müvafiq sorğusu Cəmiyyətin əvvəlki hüquqi ünvanı olan Xəzər rayonu Mərdəkan qəsəbəsi ev 67Ə saylı bağ evi ünvanına göndərilmişdir, hansı ki, həmin vaxt qeyd edilən ünvanla Cəmiyyətin hər hansı bir hüquqi bağlılığı olmamışdır. Göstərilənlərlə yanaşı, qeyd edilmişdir ki, Cəmiyyətə məxsus nəqliyyat vasitələri Azərbaycan Respublikası DİN-nin DYPİ-də qeydiyyata alınan zaman hər bir yük maşınını idarə edən sürücülər barədə məlumat X1 müəyyən edilmiş qaydada qeydiyyata alınmışdır. Odur ki, Cəbrayılov Rəşad Vəkil oğlu qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin Şəxs MMCyə ünvanladığı sorğu məzmunlu blanksız və möhürsüz məktubdan görünür ki, xx.xx.2020ci il tarixdə saat 11:44-də cəmiyyətin mülkiyyətində (istifadəsində) olan “X8” (yük) markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan məktubla avtomobili idarə etmiş sürücü barədə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin sorğuya hansı idarəyə və ya ünvana cavablandırılması, onun tərtib edildiyi tarix və qeydiyyat nömrəsi, o cümlədən haqqında sorğu verilmiş sürücü barəsində hansı inzibati xəta haqqında protokol və ya qərar qəbul edilməsi bəlli deyildir və o, kargüzarlıq qaydalarına uyğun tərtib edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən həmin sənədin mötəbərliliyinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən barəsində protokol tərtib edilmiş hüquqi şəxsə göndərilməsi iddia edilən sözügedən blanksız, möhürsüz, tarixi və qeydiyyat nömrəsi bəlli olmayan, dolayısı ilə İXM-nin 347-ci maddəsinin tərkibinin yaranmasına əsas olan sorğunun özü-özlüyündə qüsurlu olması və bu sorğuya cavab verilməməsi belə həmin xətanın tərkibinin yaranmasına əsas ola bilməz. Qeyd olunan xətanın tərkib əlamətlərinin yaranmasından ötrü səlahiyyətli inzibati orqanın sorğusu kifayət qədər dəqiq və ətraflı olmalıdır ki, ünvan sahibi ondan nə tələb edildiyini dəqiq müəyyən edə bilsin. Sorğu dəqiq və ətraflı olduğu təqdirdə ona cavab verilməməsi xətanın tərkibini yarada bilər. Odur ki, cəmiyyətə ünvanlanmış qüsurlu şəkildə tərtib edilmiş sorğu sözügedən xətanın yaranması üçün əsas rolunu oynaya bilməz. Bundan başqa Xəzər RPİ-nin DYPŞ-nin sözügedən sorğusu məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, sorğunun göndərildiyi ünvan Cəmiyyətin əvvəlki hüquqi ünvanı olan ünvan 5Ə saylı bağ evi göstərilmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən çıxarışdan və eyni zamanda İnternet Vergi idarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı xx.xx.2020-ci il tarixdən ünvan 6 M14, mənzil 3-dür. Dolayısı ilə səlahiyyət inzibati orqan tərəfindən hüquqi şəxsin əvvəlki hüquqi ünvana göndərilən sorğunun Cəmiyyətə rəsmi qaydada çatdırılması iddia edilən xx xxx 2020-ci ilin tarixində onun hüquqi ünvanı, yəni olduğu yer artıq Yasamal rayon ərazisində yerləşən ünvanda olmuşdur. Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin protokol tərtib edən səlahiyyətli vəzifəli şəxsi tərəfindən məhkəməyə təqdim edilən poçt göndərişinin verilməsi haqqında xəbərnamə də məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, ünvan sahibi - Şəxs MMC, ünvan - Xəzər rayonu, Mərdəkan qəsəbəsi, ev 67Ə saylı bağ evi və ehtimal olunan çatdırılma tarixi isə xx xxx 2020-ci il göstərilmişdir. Lakin xəbərnamə ad, soyadı qeyd edilməyən naməlum şəxs tərəfindən imzalanmış və həmin şəxsin Şəxs MMC ilə nə kimi hüquqi bağlılığın olması göstərilməmişdir. Bundan başqa xəbərnamədən onun hansı poçt göndərişinə aid olması, yəni sorğunun tarixi və qeydiyyat nömrəsi, hansı inzibati işə aid olması məlum olmadığından hansı sorğunun ünvana çatdırılması belə bəlli deyildir. Xəbərnamə üzərindəki “SS673098639AZ” nömrəli ştrix kodu “xxxxxxxx" MMC-nin “http://www.azerpost.az” rəsmi saytındakı “Poçt göndərişlərinin izlənilməsi” xidməti vasitəsilə məhkəmə tərəfindən yoxlanılarkən müəyyən edildi ki, qeyd olunan sorğu haqqında bazada hər hansı bir məlumat yoxdur. İş materiallarında olan Şəxs MMC-nin Xəzər RPİ-nə ünvanlanmış məktubundan müəyyən edilir ki, Xəzər RPİ-nin DYPŞ-nə Cəmiyyətin mülkiyyətindəki bütün nəqliyyat vasitələrinin istifadəçiləri olan sürücülər barədə, o cümlədən “X8” (yük) markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü barədə məlumatlar səlahiyyətli quruma xx xxxx 2020-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsə iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasın Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, hüquqi şəxsin olduğu yer onun dövlət reyestrində qeydə alındığı hüquqi ünvanı hesab edilir. Hazırki işin hallarından göründüyü kimi, Xəzər RPİ-nin DYPŞ-nin Şəxs MMC-nin hüquqi ünvanına deyil, yalnış olaraq həmin hüquqi şəxslə hər hansı bir hüquqi bağlılığı olmayan əvvəlki ünvanına göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, düzgün olmayan ünvana göndərilmiş, həmçinin ad və soyadı qeyd edilməyən naməlum şəxs tərəfindən məktubun qəbul edilməsinə dair iş materiallarına əlavə edilmiş xəbərnamə sübut olaraq qəbul edilə bilməz. Protokol tərtib etmiş səlahiyyətli inzibati orqan tərəfindən isə bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında mövcud olan şübhələri barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin xeyrinə həll etməklə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-yə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) və ona istinad edilən inzibati xətanın tərkib əlamətləri mövcud olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində barəsində xx xxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2003/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2003/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver