Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2006/2021 23.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı Şəhər Baş Polis İdarəsi X16 İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakları ilə, X3 Bakı şəhər X17 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 30.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Bakı şəhər X17 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 30.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli 3(004)-1311/2021 saylı qərarının olmasına baxmayaraq Bakı şəhər X17 İdarəsi barəsində 20 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növütətbiq etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş İXP MN № ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında № ******* saylı qərar ləğv olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2006/2021 nömrəli 28.09.2021-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilərək X6 barəsində İXM-nin 338.1.2-ci maddəsi ilə X7 tərəfindən tərtib edilmiş İXP ******* saylı, 24.04.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında DİN Bakı şəhər BPİ X16 İdarəsinin qəbul etdiyi TP ******* saylı, 30.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2578/2021 nömrəli 11.11.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Baş polis idarəsinin X16 idarəsinin rəisi Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2006/2021 nömrəli 28.09.2021-ci il tarixli qərarı ləğv edilmiş inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətin məzmununa uyğun izahat verərək, 24.04.2021-ci il tarixdə H.Cavid prospektindən “Elmlər Akademiyası” metro stansiyası istiqamətində hərəkət etdiyi zaman “Svarovski” mağazasının qarşısından yolun əks istiqamətinə keçmişdir. Bu zaman “X13" Azərbaycan Respublikasının Qanununun İnzibati Xətalar Məcəlləsinin 338.1.2. Piyadalar tərəfindən yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə (338.1.2-ci) maddəsinə əsasən 20 (iyirmi) manat miqdarında cərimə olunmuşdur. O, barəsində tərtib olunmuş protokol ilə razı deyildir. Bildirir ki, ətrafında görünən məsafədə yolu keçmək üçün heç bir piyada keçidi yox idi və o, qəflətən hərəkət etməmişdir. Təqdim olunmuş videogörüntudə əks olanan şəxsin onunla eynilik təşkil etmədiyini bildirmiş və bu səbəbdən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Şöbəsinin nümayəndəsi X9 bildirmişdir ki, YPX əməkdaşı tərəfindən bilavasitə aşkar edilmiş yol hərəkəti qayda pozuntusu faktına əsaslanmışdır. İXM-nin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən birbaşa və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. Maddənin tələbindən və işin halından göründüyü kimi, barəsində qərar qəbul edilmiş fiziki şəxs Zaur Hüseynov İXM-nin 338.1.2-ci maddəsi ilə inzibati xətanı törətdiyinə görə barəsində inzibati protokol tərtib olunmuş, həmin faktının videosu qeydə alınmışdır. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 30.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Bakı, Hüseyn Cavid pr. 96 c GPS: 40.3726294,49.816104 ərazisində 24.04.2021-ci il tarixdə piyadalar tərəfindən yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə Azərbaycan Respublikası İXM-nin 338.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1.2-ci maddəsinə əsasən piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə iyirmi manat məbləğində cərimə edilir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Əksinə Bakı şəhər X17 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyn edilmişdir ki, X4 törədilməsi istinad olunan inzibati xəta yəni Bakı şəhəri, Hüseyn Cavid pr. 96 c GPS: 40.3726294,49.816104 ərazisində 24.04.2021-ci il tarixdə keçid nəzərdə tutulmayan yerdən yolun bir tərəfindən digər tərəfinə keçmək istəməsi və onun tərəfindən yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxması (xətanın əvvəldən axıradək baş verməsi mexanizmı) öz əksini tapmışdır. Barəsində inzibati qərar qəbul edilmiş şəxs Z.Hüseynovun özü tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 24.04.2021-ci il tarixdə Z.Hüseynov yolun əks istiqamətinə keçdikdən dərhal sonra onu polis əməkdaşı saxlayır və ona törədilmiş qayda pozuntusunu izah edir. Məhkəmə eyni zamanda Z.Hüseynovun “təqdim olunmuş videogörüntudə əks olanan şəxsin onunla eynilik təşkil etmədiyini bildirməsi” ilə bağlı fikirlərinə dair qeyd etmək istəyir ki, şikayətçinin bu müvqeydən çıxış etməsi reallığı əks elətdirmir və özünümüdafiə məqsədi daşıyır. Belə ki, birincisi həmin görüntüdə yolu keçmək istəyən şəxsin məhs Z.Hüseynov olduğu açıq aydın vizual görünür, ikincisi qeyd edilən tarixdə və saatda yolun əks tərəfinə keçdiyini Z.Hüseynov nəinki inkar edir əksinə həmin ərazidə müvafiq yol kecidinin olmadığı üçün bunu etməyə məcbur olduğuna dair özünə haqq qazandırır (bunu məhkəmə iclasında dəfələrlə bildirmişdir), üçünçüsü isə Z.Hüseynovun özü tərəfindən məhkəməyə təqdim edilmiş video görüntü təsdiq edir ki, qayda pozuntusu baş verib və polis əməkdaşı həmin qayda pozuntusunun mahiyyətini şikayətçiyə izah edir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD disk məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Zaur Hüseynovun 24.04.2021-ci il tarixdə 15:16-da Bakı, Hüseyn Cavid pr. 96 c GPS: 40.3726294,49.816104 ərazisində piyada tərəfindən yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsi iş üzrə mötəbər və təkzib olunmaz sübutlarla öz təsdiqini tapdığından onun barəsində qəbul edilmiş inzibati qərar qanunidir, verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Bakı şəhər X17 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 30.07.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2006/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2006/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver