Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-201/2025 10.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, BBPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Tərtər rayonu, Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Tərtər rayonu, Kəbirli ərazi dairəsi, Kəbirli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə BBPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: BBPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510cu maddəsi ilə 10 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. BBPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə 10 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 10 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində metronun “İnşaatçılar” stansiyasında platformada qatarın içində nalayiq söyüşlər söyərək ictimai asayişi pozmuşdur. İnzibati xəta haqqında 10 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində metronun “İnşaatçılar” stansiyasınına platformasında polis əməkdaşının qanuni tələbinə tabe olmadığına və nalayiq söyüşlər söyərək ictimai asayişi pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş BBPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Şəxs metronun “İnşaatçılar” stansiyasında vaqonda olarkən səs-küy salaraq sərnişinləri narahat etmişdir. Xİdmətdə olan polis əməkdaşları dərhal həmin yerə yaxınlaşaraq Şəxs nə baş verdiyini bildirərək onu vaqondan düşürtməyə çalışmışlar. Lakin Şəxs polisə qarşı nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra polis əməkdaşları həmin şəxsi raportla birlikdə idarənin növbətçi hissəsinə təhvil vermişlər. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, özünü təqsirli bilmir, metroda heç bir səs-küy salmamışdır. Polis əməkdaşları anidən ona yaxınlaşaraq onlarla birlikdə gəlməyini tələb etmişlər. O da sadəcə səbəbini soruşmuş və heç bir tabesizlik göstərməmişdir. Həmçinin polisin ünvanına qarşı nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin polis nəfəri X8 öz izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində xidmətdə olan zaman metronun “İnşaatçılar” stansiyasında sonradan şəxsiyyəti məlum olan Şəxs vaqonda səs-küy salaraq sərnişinləri narahat etdiyi məlum olmuşdur. Dərhal həmin yerə yaxınlaşaraq Şəxs nə baş verdiyini soruşaraq onu vaqondan düşürtməyə çalışmışdır. Lakin Şəxs ona qarşı nalayiq ifadələr işlədərək qanuni tələblərinə əməl etməmişdir. Daha sonra kömək məqsədilə digər polis əməkdaşını çağıraraq Şəxs idarənin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində manqa komandiri X5 öz izahatında digər şahid X3 qeyd etdiyi xüsusatları təsdiq edərək bildirmişdir ki, Şəxs metroda ictimai asayişi pozaraq sərnişinləri narahat etmiş və qatarın hərəkətinə maneəçilik törətmişdir. Həmçinin polisin qanuni tələblərinə əməl etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 10 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində metronun “İnşaatçılar” stansiyasında platformada qatarın içində nalayiq söyüşlər söyərək ictimai asayişi pozmuşdur. İnzibati xəta haqqında 10 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində metronun “İnşaatçılar” stansiyasınına platformasında polis əməkdaşının qanuni tələbinə tabe olmadığına və nalayiq söyüşlər söyərək ictimai asayişi pozmuşdur. Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində manqa komandiri X5 tərəfindən tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli raportdan görünür ki, raport “metronun İnşaatçılar metrostansiyasında xidməti postu yoxlayan zaman platformada Dərnəgül istiqamətində dayanmış 29 nömrəli qatarın 1-ci vaqonunun 3-cü qapısında uca səslə səs-küy eşitmiş, dərhal həmin yerə postaçı ilə yaxınlaşdım. Nə baş verdiyini öyrənərkən adı sonradan məlum olan 1985-ci il təvəllüdlü Şəxs narazı halda nalayiq söyüşlər söyərək digər sərnişinlərin və qatarın həərkətinə maneçilik törətdiyini gördüm. Dərhal ictimai asayişin pozulmasının qarşının almaqdan ötrü onu qatardan düşürmək istədikdə həmin şəxs qanuni tələblərimizə tabe olmayaraq müqavimət göstərdi. Tərəfimizdən həmin şəxs saxlanıldı, raportla birlikdə idarənin növbətçi hissəsinə təhvil verildi” məzmunda olmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlama haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 dəqiqədə hal şahidlərinin iştirakı ilə Şəxs üzərində axtarış keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxin özünün izahatı, şahidlərin izahatı, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli onun üzərində axtarış və yoxlama aparılması vaxtından, yəni 10 yanvar 2025-ci il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 30 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 yanvar 2025-ci il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-201/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-201/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver