Məhkəmə qərarları › İş №3(004)-2019/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2019/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2019/2020 26.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi ev 5A, mən 76 da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiilə Bakı şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:14 radələrində “BMW 3281 minik” markalı, **- LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu Salamzadə küçəsində yüksək surət və manevr və ötmə qaydasını bir neçə dəfə pozmaqla, yerdə olan düz xəttin tələblərini pozaraq körpünün altında xətti o tərəf-bu tərəfə keçərək qaydaları pozmaqla avtomobili idarə etməklə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq etmişdir. Bununla da o, İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Onun barəsində Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini qismən etiraf edərək göstərdi ki,həqiqətən də tələstiyi üçün xx.xx.2020-ci il tarixdə saat 23:14 radələrində “BMW 3281 minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu Salamzadə küçəsində yüksək sürətlə sürmüşdür və həkim sənədlərini xəstəyə çatdırmaq üçün önündə hərəkət edən bir neçə avtomobili ötmüşdür. Lakin avtoxuliqanlıq etməmişdir. Həmçinin onu sfetoforda DYP əməkdaşları işarə etdikdə dərhal avtomobili saxlamışdır. Onun arxası ilə DYP avtomobili hərəkət etməmişdir. Məhkəməyə təqdim edilən CD diski arxadan gələn mülki avtomobilin reqistratoru ilə çəkilib, bilinmir kim çəkib. Həmin çəkiliş DYP avtomobilindən çəkilməyib, ona görə də sübut kimi istifadə edilə bilməz. Bü səbəbdən də işə xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin inspektoru X2 oğlu məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:14 radələrində “BMW 3281 minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu Salamzadə küçəsində yüksək surət və manevr və ötmə qaydasını bir neçə dəfə pozmaqla, yerdə olan düz xəttin tələblərini pozaraq körpünün altında xətti o tərəf-bu tərəfə keçərək qaydaları pozmaqla idarə etdiyi üçün, yolda hərəkət edən avtomobil sürücülərini narahat etdiyi üçün, təhlükəli avtomobil idarə edərək ətrafdakılar üçün də təhlükə yaratdığı üçün tərəfindən saxlanılmışdır. Sürücü ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq etdiyindən bu barədə protokol tərtib edib məhkəməyə təqdim etmişdir. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, xx.xx.2020-ci il tarixdə saat 23:14 radələrində “BMW 3281 minik” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu Salamzadə küçəsində yüksək surət və manevr və ötmə qaydasını bir neçə dəfə pozmaqla, yerdə olan düz xəttin tələblərini pozaraq körpünün altında xətti o tərəf-bu tərəfə keçərək qaydaları pozmaqla avtomobili idarə etməklə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozur, avtomobili təhlükəli idarə edir. Bununla da müxtəlif üsullarla davamlı şəkildə yol qaydasını kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi ilə müşaiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətləri inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmininzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, hadisənin görüntülərinə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmiş hallar, özünün qismən etirafedici izahatıilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-cimaddəsi ilə təqsirli bilinərək,nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 manat (beş yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar