Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-202/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, şikayətçi - X4 və qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhəri Baş Polis İdarəsi (BPİ) Dövlət X10 (DYPİ) etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Bakı şəhəri BPİ-si DYPİ-nin Yol patrul xidməti (YPX) inspektoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarından verilmiş şikayətinə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 211.1ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin təyin edilməsi haqqında Bakı şəhəri BPİ-si DYPİ-nin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ölkədə tətbiq edilmiş sosial izolyasiya tədbirləri ilə əlaqədar işlədiyi “xxxx” MMC tərəfindən ona ölkə üzrə işlə əlaqədar sərbəst hərəkət icazəsi verilmiş və bu icazə tələb edilən formada icaze.e-gov.az portalına daxil edilmişdir. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən təqdim edilmiş çıxarışdan da göründüyü kimi ona xx.xx.2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək xidməti fəaliyyəti ilə əlaqədar sərbəst hərəkətinə icazə verilmişdir. Həmin icazə sənədinə məlumatlar daxil edilmiş və icazə səlahiyyətli dövlət orqanı tərəfindən təsdiqlənmişdir. Buna baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə yoxlama zamanı Bakı şəhəri BPİ-i DYPİ-nin YPX əməkdaşı onda olan planşetdə bu barədə hər hansı məlumatın aşkar edilməməsini səbəb gətirərək onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli İXP ******* tarixli protokol tərtib etmişdir. Bundan sonra o, Bakı şəhəri BPİ-i DYPİ-nin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP saylı ******* nömrəli qərara əsasən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərar həm maddi, həm prosessual pozuntularla müşayiət edildiyi üçün hesab edir ki, protokol üzrə qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, DYPİ-nin elekton informasiya sistemində bu məlumatın aşkar edilməməsi onun təqsiri deyildir. Eyni zamanda protokolda inzibati xətanın aşkar edilməsində istifadə edilən xüsusi texniki vasitə barədə məlumat təqdim edilməmişdir. Qərar qəbul edilən zaman ona bildiriş göndərilməmiş və ona bu barədə məlumat təqdim edilməmişdir. Həmçinin qərarda imza və möhür yoxdur. Bundan başqa onun əməlində qeyd edilən inzibati xətanın tərkib əlamətləri mövcud olmamışdır. Göstərilənlərə əsasən, X6 barəsində Bakı şəhəri BPİ-i DYPİ-nin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 ərizəsində qeyd olunmuş dəlillərə uyğun çıxış edərək bildirmişdir ki, onun barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, iddia edilən xətanın aşkar edildiyi xx xxxxxx 2020-ci il tarixdə, yəni sərtləşdirilmiş xüsusi karantin dövründə onun yaşayış yerini tərk etməsi və sərbəst hərəkəti üçün xüsusi icazəsi olmuşdur. Göstərilən hal nəzərə alınaraq şikayətçi X6 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X10 nümayəndəsi X3 şikayət ərizəsinə əlavə edilmiş materiallarla tanış olaraq şikayət ərizəsinin təmin edilərək qərarın ləğv edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri BPİ-si DYPİ-nin YPX inspektoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:57-də Tbilisi prospekti 48B ünvanında “Renault Tondar 90” (minik) markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X6 tərəfindən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejiminin qaydalarının pozulması faktı aşkar edilərək barəsində İXM-nin 211.1-ci maddəsilə İXP seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Həmin qərarla X6 xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş “Elektron Hökümətin İnkişafı Mərkəzi”ndən “icaze.egov.az” portalı vasitəsilə çıxarılmış QR-kodlu elektron arayışdan müəyyən edilir ki, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi AA1245694, FİN kodu 4F13W3T olan və “xxxx” MMC-də taksi sürücüsü vəzifəsində işləyən xx.xx.1985-ci il təvəllüdlü X4 və onun istifadəsində olan **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin karantin rejimi dövründə ölkə ərazisi üzrə sərbəst hərəkəti üçün xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək xüsusi icazəsi mövcud olmuşdur. X4 barəsində protokol tərtib edildiyi vaxt karantin rejimi qaydalarına müvafiq olaraq ölkə ərazisində sərbəst hərəkəti üçün elektron icazəsinin olub-olmamasının yoxlanılması məqsədilə məhkəməyə Yasamal RPİ-si tərəfindən təqdim edilmiş İMEİ kodu 3552xx/xx/032773/6 olan cihaz vasitəsilə onun şəxsi məlumatları “İcazələrin Alınması və Monitorinqi Sistemi”nə daxil edilib baxış keçirilərkən müəyyən edildi ki, “xxxx” MMC-də taksi sürücüsü vəzifəsində işləyən X4 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək olan dövr ərzində, o cümlədən onun barəsində protokol tərtib edilən xx xxxxxx 2020-ci il tarixdə ölkə ərazisində sərbəst hərəkəti üçün xüsusi icazəsi mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin xx xxxxxx 2020-ci il tarixədə qüvvədə olan 211.1-ci maddəsinin mətninə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 488 nömrəli qərarı ilə əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətin xx xxxxxx 2020-ci il saat 00:00-dan xx xxxxxx 2021-ci il saat 00:00-dək dayandırılması və insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə tərk etməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən xx xxxxxx 2020-ci il saat 00:00-dan xx xxxxxx 2021-ci il saat 00:00-dək olan dövr ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri müəyyən qaydalar çərçivəsində tətbiq edilmişdir. Qərarın 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 dekabr tarixli 488 nömrəli Qərarına 1 nömrəli əlavə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçilərinin barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə icazə verilməsi müəyyən edilmişdir. Qərarın 1 nömrəli əlavəsinin 3.4-cü bəndinə əsasən taksi xidməti Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahəsinə daxil edilmişdir. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyəti xx xxxxxx 2021-ci il tarixədək, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2021-ci il tarixli 9 nömrəli qərarı ilə həmin tarixdən aradan qaldırılanadək qüvvədə olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq icazə verilən fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərən “xxxx” MMC-də taksi sürücüsü vəzifəsində işləyən xx.xx.1985-ci il təvəllüdlü X6 barəsində məlumatlar xx xxxxxx 2020-ci il tarixdən “icaze.e-gov.az” portalına daxil edilməklə onun həmin dövrdən xx xxxxxx 2021-ci il tarixədək ölkə ərazisində maneəsiz hərəkəti üçün xüsusi icazəsinin olmasına baxmayaraq, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X10 YPX əməkdaşı X8 tərəfindən əsassız olaraq qəbul edilmiş TP seriyalı ******* nömrəli qərarla o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallar mövcud olduqda barəsində şikayət verilmiş qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətçi X4 şikayəti təmin edilməli, onun barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X9 YPX inspektoru X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin həmin qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X9 Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş cərimə məbləği silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X13 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. xx xxxxxx 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X9 Mərkəzi İnformasiya sistemində X6 barəsində yerləşdirilmiş cərimə məbləği silinsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X11 həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-202/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-202/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver