Məhkəmə qərarları › İş №3(004)-2024/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2024/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2024/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 iştirakları ilə, Qərarından şikayət verilmiş orqanın nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 20 mart 2024-cü il tarixdə şəxsi avtomobili ilə Fizüli küçəsində hərəkətdə olarkən inspektor tərəfindən saxlanılmış, həmin zaman sonuncuya müvafiq yol nişanının olmamasını bildirsə də, barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Fizüli küçəsindən sağa dönən yerdə “zolaqlar üzrə istiqamət - 5.8.1” nişanı qurulmamış, bundan əlavə yerdə zolaqda hərəkət istiqaməti oxlarla göstərilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 tərəfindən verilmiş şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verilən orqanın nümayəndəsi X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarın əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda qeyd etdiklərini əsaslandırmaq üçün hadisə baş vermiş anın videogörüntülərini özündə əks etdirən 01 ədəd CD diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə 00:45-də Bakı şəhəri, Füzuli meydanında “Toyota Corolla” minik markalı Az **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə barəsində protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş video disk məhkəmə iclasında baxış keçirilən zaman, X3 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarda göstərilmiş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar