Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2024/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin (VÖEN: **********) ünvanına Almaniyada fəaliyyət göstərən «Berlin-Chemie AG”-dan gələn “dərman vasitələri” adlı yük “Logistika Mərkəzi” Gömrük Postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur.Lakin qeyd olunan yük xx.xx.2025-ci il tarixində **********98 saylı gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Bununla əlaqədar AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi-nin etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolla razılaşaraq barələrində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi-nin (VÖEN: **********) ünvanına Almaniyada fəaliyyət göstərən «Berlin-Chemie AG”-dan gələn “dərman vasitələri” adlı yük “Logistika Mərkəzi” Gömrük Postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Lakin qeyd olunan yük xx.xx.2025-ci il tarixində **********98 saylı gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair 15 gündən çox müddət keçsə də şirkət tərəfindən gömrük bəyannaməsi təqdim edilməmişdir. Bununla da, «Berlin- Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan «Berlin- Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 3-33-3100/017/007706 nömrəli xx.xx.2025 il tarixli raporta əsasən «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin ünvanına gələn yük xx.xx.2025-ci il tarixində **********9810 saylı gömrük bəyənnaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinnetinin xx.xx.2014-cü il tarixli 263 saylı Qərarının 3.6-cı bəndinə əsasən Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən ölkəyə xx.xx.2025-ci il tarixində gətirilən mallar isə xx.xx.2025-ci il tarixində **********9810 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Bununla da hüquqi şəxs tərəfindən qeyd olunan bəyannamə müvafiq qərarda göstərilən müddəti pozmaqla təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olan «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi-nin (VÖEN: **********) ünvanına Almaniyada fəaliyyət göstərən «Berlin-Chemie AG”-dan gələn “dərman vasitələri” adlı yük “Logistika Mərkəzi” Gömrük Postundan keçməklə Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Lakin qeyd olunan yük xx.xx.2025-ci il tarixində **********98 saylı gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Bununla da, «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə görə gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Həmin Məcəllənin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 263 nömrəli “Gömrük sərhədindən keçirılən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”-nın təsdiq edilməsi haqqında Qərarın 3.6 bəndinə əsasən gömrük ərazisinə gətirən mallara dair gömrük bəyannaməsi həmin malların gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi -nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyi (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2024/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2024/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver