Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2025/2020 27.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Azərbaycan Respublikası DİN Yasamal Rayon Polis İdarəsindən daxil olmuş Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Yasamal RPİ DYPŞ-nin inspektoru Səlim Abbasov tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-ci maddəsi ilə xx xxx 2020-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Nəsimi rayonu Ali Mustafayev 3mkr, ev 22A, məhəllə 3014 ünvanında yerləşən Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, ərazi aidiyyəti pozulduğundan təqdim edilmiş materiallar onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(006)-817/2020 saylı Qərardadından görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün həmin məhkəməyə göndərilmiş, protokol və toplanmış material natamam olduğundan material Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nə geri qaytarılmışdır. Daha sonra Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri baxılması üçün həmin məhkəməyə deyil Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Digər tərəfdən “Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları” haqqında elektron portaldan çıxarışla müəyyən edilmişdir ki, Şəxs MMC-nin qeydiyyat ünvanı ünvan 1 ünvanıdır. Göründüyü kimi, Yasamal Rayon Polis İdarəsi tərəfindən aidiyyət qaydaları pozulmaqla Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Buna görə də protokol və toplanmış material Azərbaycan Respublikası DİN Yasamal Rayon Polis İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası DİN Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2025/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2025/2020
27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver