Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2025/2024 01.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə xx.xx.1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2erləşən "xxxx" MTK-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4909/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında yerləşən 1 bloklu 12 mərtəbəli binada icra sənədində göstərilən tələbi icra etməmişdir. Borclu "xxxx" MTK-nın rəhbəri kimi Şəxs borclu "xxxx" MTK-nın həmin qərarının icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4909/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MTK ünvan 3 ünvanında yerləşən 1 bloklu 12 mərtəbəli binada yük liftini quraşdıraraq işə salmalı, pilləkən qəfəsinin və mərtəbələrarası təhlükəsizlik tutacaqlarını quraşdırılmalı, binada işığı əhali qrupuna keçirməli, binanın istismara qəbul aktının əldə edilməsini təmin etməlidir. Şəxs borclu "xxxx" MTK-nın həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Dəfələrlə bu barədə "xxxx" MTK-ya məktub göndərilsə də, qətnamənin icrası hələ də təmin edilməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədlərində göstərilən tələblərin bir qismi yerinə yetirilmişdir. Hazırda işlər davam edir. Binada pilləkən qəfəs və mərtəbələrarası təhlükəsizlik tutacaqlar artıq quraşdırılmışdır. Binada bir lift işləyir, lakin mülki iş məhkəmədə baxılanda yük liftinin quraşdırılmasının Şəxs üzərinə qoyulması düzgün olmamışdır. Həmin lifti podratçı şirkət quraşdırmalı idi. Qısa müddət ərzində icra sənədində göstərilən tələblər icra olunacaq. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4909/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında yerləşən 1 bloklu 12 mərtəbəli binada icra sənədində göstərilən tələbləri icra etməmişdir. İcra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, həmçinin izahat verərək icra sənədi barəsində xəbərdar olduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Bununla da "xxxx" MTK-nın rəhbəri kimi Şəxs vəzifəli şəxs kimi həmin inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda istinad edilən sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2025/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2025/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver