Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2027/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, son vaxtlar sosial şəbəkələrdə və müxtəlif medialarda Y.P.X.-nin adı Azərbaycan vətəndaşlarının başlarına gətirdiyi özbaşınalıq və digər faktlarla qaynayıb daşır. Ona olunan haqsızlıq , özbaşınalıq barədə müraciət edir. Belə ki, 05.12.23 tarixdə Bakı dairəvi yolda Yasamal rayon ərazisində , idarə etdiyi BMW 750 markalı dövlət nişanı ** SY *** olan avtomobilini Respublika Y.P.X-nın əməkdaşi Polis zabiti İsmayılov Rüstəm tərəfindən dayandınlmışdır. Bu təqribən səhər saat 10:40 da olmuşdur. Həmin yerdə YPX nın digər 2-3 maşınları da dayanmışdılar. Yaxınlaşıb soruşmüşdur nə səbəbdən dayandırılmışdır ?. Ona demişdirlər ki, son 48 saat ərzində içki içdiyi yoxlanılacaq. O, spirtli içki qəbul etmədiyini demişdir. Ona bildirmişdir ki , yol uzaqdır maşında ondan əlavə 3 yoldaş var. 50- 60 yaşlı adamlardırlar onlara yaraşmaz belə hərəkət. Bu inspektor sanki coşmağa başlamış üstünə - ƏMRLƏ “bu dəqiqə P.P.X nı çağıracam etiraz edirsənsə və s”. Sanki bir canini saxlayıb. Gərginlik yaratmasın deyə, demişdir ki, tez olunsun test. Bunu nece edirlər deyə soruşmuşdur .Nəzərə çardırır ki, 35 ildir idarə edir avtomobili belə hal onda heç zaman olmayıb. Onun idarə etdiyi 740 nömrəli maşının içində bir aparat uzatmışdır ona. Demişdir ki, nəfəsivi ver bura. ƏMRLƏ “içkilisən, sərxoşsan .0.32 göstərir” demişdir. Dərhal orada dayanan digər YPX-nin işçilərinə əmr vermişdir. “Avtomobilin içindəki adamları düşürdün və evakuatrla cərimə meydanına aparın maşını”. Onu isə Narkoloqiyaya aparsinlar. Orda sidik analizi versin. Maşındakıları düşürtmüş lər.Bildirir ki, bura şəhər kənarı bir çöllük zona idi. Yoldaşları taksi ilə getmişlər. Onu isə YPX-nın maşını ilə Jəfər Jabbarlı küçəsində yerləşən ALKOTEST mərkəzinə gətirmişlər. Əvvəl özü girmiş içəri sonradan onu dəvət etmişlər. Kabinetdə bir nəfər (özünü ona təqdim etməmişdir) yenədə ona hazır vəziyyətdə aparat uzatmışdır ki, nəfəs versin. O, ona etiraz etmiş və buna inanmır demişdir. İçkili olmayan halda sərxoş göstərir. Bildirir ki, İXM- nin 69.1 ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparilmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Şahidlərin sayı 2 nəfərdən az ola bilməz. O, tələb etmiş bunları, qan və sidik analizi götürülməyini tələb etmişdir. Sadəcə hər hansı bir maddi marağı olmayan insana sadə nəfəs versəydi , aydın olacaqdı ki, hamısı yalandır!!!!! Həmin həkim bildirmişdir ki, onlarda belə analiz yoxdur və heç bir şahid ola bilməz. İnspektora müraciyət etmişdir ki, bəs orada deyirdiz sidik analizi olacaq? Başa düşmüşdür ki, həkim bunlarla şərikdir və bu oyunda o öz rolunu oynamalıdır. “Bəli yenə də nəfəs ver və yenə də 0,32 !! 0,34 ; 0,36 ; 0,47 və sair yox yalniz 0,32 !!. Başa düşmüşdür ki, eynən saxta trubka analizi oyunu gedir onunla. Sonradan yoxlamış jurnala saat 11:05 də qeyd edilmişdir. Həkimə bildirmişdir bunlarnan qutaran kimi qan analizi verəcək və ondan də şikayət edəcək. Onu çölə çıxartmışlar. 5-6 dəqiqədən sonra inspektor çölə çıxmışdır və onu Respublika DYP nə apardı. 402 nömrəli kabinetə girmişlər. İnspektor ondan sürücülük vəsiqəsini istəmişdir. Demişdir ki, avtomobildədir. O, gətirən inspektordan soruşmuşdur maşın haradadır. Bildirmişdir ki, Badamdar cərimə meydanına evakuatorla aparılıb. 402 kabinetin işçisinə vəziyyəti danışmışdır. Bu testin saxta olmasını başa salmağa cəhd etmişdir. Mənasızdır demiş: “get cərimə meydanına maşından sürücü vəsiqəsini götür və etibarnaməsi olan bir adam gətir ona iltizamnamə yaz ki , maşını cərimə meydanından götürsün”.Onun yanından çıxan kimi Respublika xəstəxanasının içində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Potoloji Anotomiya birliyinə getmişdir. Öz ərizəsi ilə müraciət etmişdir ki, ( 12:45 də), məndən qan və sidik analizi götürülsün və tərkibində spirt olmasını yoxlasınlar. Alinan analiz saat 13:05 də olub. Yəni 2 saat fərqlə. Oradan çıxan kimi Patandart cərimə meydanına getmişdir. Avtomobil yoxdur demişlər və bilmirlər haradadir. Məcbur qalib 102 xidmətinə zəng vurmuşdur saat 14:30 da 4 dəqiqə danışıqları olmuşdur. Şikayət etmişdir. Xahiş etmişdir ki, avtomobilin tapılmasında köməklik etsinlər. Bildirir ki, indiyənəcən ona zəng vurulub soruşulmayıb maşını tapıb ya yox.... Taksi tutub Sədərək, Yasamal cərimə meydanlarını gəzdmişdir. Yoxdur heç yerdə. Fikirləşmişdir ki, bəlkə o inspektorlar onu saxlayan yerdədilər, gedib onlardan soruşsun avtomobili haradadır? Həmin yerə gəlmiş heç kim yox, onu isə avtomobili işlək vəziyyətdə çöllükdə atılıb yol qirağinda. MÜHƏRRİK QAYNAYİB DAŞİR...Qabaq sağ qapı sanki təpik və ya əl zərbəsi ilə əzilib. Sakitləşib mühərriki soyutmuş və SÜKANA ƏYLƏŞİB düz 402 ci kabinetə gəlmişdir. Maşını harada tapdığını və analiz verdiyini bildirmişdir. Sərxoş çıxartdıqları Əliyev Fuad yəni o, özü maşını sürüb gəldiyini bildirmişdir .Onun nəzərinə çatdirır ki , Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014 ci il 27 iyun tarixli 209 saylı qərarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini müəyyən edilməsi bu əməllərdən biri müşaiyyət olunduqda həyata keçirilir "Nəfəsindən alkoqollu içqi qoxusu gəldikdə " Ayaq üstə sərbəst dayana bilmədikdə " Özünü idarə edə bilmədikdə - POLİS alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə ALKOTEST etməlidir. Y.P.X haqqında Təlimatın 5-ci bəndinə əsasən , əgər avtomobilin Y.P.X əməkdaşı tərəfindən duracağa aparılmasını istəməsə bu zaman avtomobil duracağa evakuator vasitəsi ilə aparılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 96.1.4 cü bəndinə əsasən sərxoş olsa belə, onunla birgə gedən avtomobildəki adamlardan birində sürücülük vəsiqəsi olan şəxs varsa avtomobil duracağa aparila bilməz. Onlar isə avtomobilin içindəki sərnişinlərin üçündə də sürücülük vəsiqəsi olan halda, avtomobildən düşürdüb və nəinki cərimə meydanina aparmayıblar, çöllükdə atıblar avtomobilimi. Onun əmlakını atdıqları yolda işlək vəziyyətdə. Oğurlasaydılar və yaxud yansaydı kim cavab verərdi?? Ona gülə-gülə demişdirlər ki, nə əmisi oğludur nə bibisi oğlu. Mühərrikdən səslər gələ gələ çatmışdır ünvana. Hazırda bu əməllərin nəticəsində 5 aya yaxındır ki , avtomobilini idarə edə bilmir. 4 ay avtomobil qarajda sürülməmiş qalıb. Bunu kameralar vasitəsi ilə müəyyən etmək olar. Avtomobilin mühərriki 4 saat bir yerdə işlək qalması nəticəsində qaynayıb siradan çıxıb. 4 aydan sonra mühərrikə baxış keçirtmiş və 5700 manat xərc qoymuşdur. Bu da bəs eləmir. Əlavə xərcləri var. Onuda nəzərə çatdırır ki, onun avtomobilini bu hala salmaqları və sürücülük vəsiqəsini əlindən almaqlarına görə 5 aydır başqa maşınlardan istifadə olunur (taksi və s) O, məhkəməyə iki dəfə müraciət etmişdir. İşə baxılmama səbəbi elektron qərar olmuşdur. Axır ki, bu gün yəni 19.04.24 ildə uzun sürən şikaytlərdən sonra, ona sürücülük vəsiqəni və protokolu təqdim etmişlər. Lakin köhnə tarixlə 05.12.23 il 90SY778 nömrəli avtomobil 400 azn 5 bal cərimə edilmişdir. İnzibati protokol nömrəsi İPX ******* Məhkəmə-Tibbi Ekspertiza AKT-ını təqdim etmişdir. Onun içkili olmamadığı, qanuni analiz olunaraq hüquqi sənədlə təsdiqlənmişdir. O, bu faktları media və sosial şəbəkələrdə işıqlandırmamışdır. Hesab edir ki, məhkəmə bu məsələyə hüquqi qiymət verəcək. 05.12.23 il tarixdə qəbul edilmiş qərarı ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Avtomobilinə vurulmuş ziyanın müəyyən edilməsi üçün ilkin məhkəmə texniki ekspertiza təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən X6 xx.xx.2023-cü il tarixdə saat 11:05 radələrində Yasamal rayonu ərazisində, Kənar dairəvi yolda Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yolayrıcını keçmə qaydalarını pozmağa görə, nəqliyyat vastəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) təqsirli bilinib 400 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol olmuşdur. İş üzrə görünür ki X6 xx.xx.2023-cü il tarixdə AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-də müayinədən keçmiş və müəyyən edilmişdir ki, X2 götürülmüş xx.xx.2023-cü il tarixində saat 13:05-də götürülmüş qan və sidik nümunələrinin tərkibində etil spirti aşkar edilməmişdir. Bu barədə iş materiallarında AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 4389/K saylı məhkəmə-kimyəvi aktı da mövcuddur. Belə bir vəziyyətdə İXM-nin 333.1-ci maddəsi ilə şəxsin məsuliyyətə cəlb edilməsi üçün şəxsin sərxoşluğu müəyyən edilməmişdir. Çünki nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək idarə etməsi özü-özlüyündə İXM-nin 333.1-ci maddəsinin tərkibini yaratmır. Həmin maddənin tərkibi yaranması üçün, qeyd edilən sürücü həm də sərxoş vəziyyətdə idarə etməlidir. Əgər şəxs sərxoş deyildirsə, onda onun əməlində İXM-nin 333.1-ci maddəsinin tərkibi yaranmır. Lakin hazırkı iş üzrə şəxsin məhz sərxoş olmasını təsdiq edən sübut mövcud deyildir. Bununla da şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün lazımi olan sübut faktiki olaraq əldə edilməmişdir, lakin buna baxmayaraq şəxs inzibati tənbeh edilmişdir. İnzibati xəta haqqında protokol və qərarda şəxsin xx.xx.2023-cü il tarixdə həqiqətən də “yolayrıcını keçmə qaydalarını pozma, nəqliyyat vastəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X6 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-2027/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2027/2024
13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver