Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2028/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi (ərizəçi) X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 RPİ-nin 26-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2020-ci il tarixdə saat 16:26da SMS icazə müddəti bitdikdən sonra ünvan 1 ünvanıyla hərəkət edərkən 26-cı PB-nin sahə rəisi polis mayoru İlham Yahyayev tərəfindən saxlanılmış və sənədləri yoxlanılmışdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, onun tərəfindən alınmış yaşayış yerini tərk etmək barədə icazəsi 4 saat 30 dəqiqə öncə bitmişdir. Buna görə də barəsində yuxarıdakı protokol tərtib edilərək 100 manat cərimə edilmişdir. Barəsində tətbiq edilmiş inzibati tənbehlə razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol qanunvericiliyin kobud pozulması ilə qəbul edilmişdir. Göstərilənlərə əsasən, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayət ərizəsini müdafiə edərək inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 16:26-da ünvan 1 ünvaninda hərərkət edərkən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. X1 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Əksinə, məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökümətin Mərkəzi” X7 xx xxxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, xx xxxx 2020-ci il tarixində saat 09:52-dən 11:52-dək 8103 SMS-icazə sistemində X3 adına olan icazə qüvvədə olmuşdur. Beləliklə də, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2028/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2028/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver