Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2029/2021 15.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli, İXP seriyalı ******* nöməli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “VAZ21074” (minik) markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xüsusi çoxavazlı səs siqnalı quraşdıraraq istifadə etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu (nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmə səbəbinin üzrlü səbəbləri və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsində quraşdırılmış çoxavazlı səs siqnalı onun övladı tərəfindən quraşdırılmış və bu barədə məlumatı olmamışdır. Odur ki, barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan Bakı şəhəri BPİ-nin DYPİ-nin YHNŞ-nin inspektoru A.Rəhimov tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və aşkar edilmiş əşyaların götürülməsi haqqında protokollardan görünür ki, Şəxs istifadəsində olan “VAZ21074” (minik) markalı **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman xüsusi çox avazlı (danq danq) səs siqnalının quraşdırılması aşkar edilmişdir. Aşkar edilən cihaz, yəni səs siqnalı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd olunan protokollara əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, “VAZ21074” (minik) markalı **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş cihaz istifadəsi üçün müvafiq icazə tələb olunan xüsusi çox avazlı (danq danq) səs siqnalıdır. İş materiallarında olan 23 avqust 2021-ci il tarixli aktdan müəyyən edilir ki, “VAZ21074” (minik) markalı **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş çoxavazlı səs işıq siqnalı Bakı şəhəri BPİ DYPİnin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan AC seriyalı 803407 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “VAZ21074” (minik) markalı **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AE seriyalı 732587 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Şəxs B C D kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan X2 tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli etibarnamədən müəyyən edilir ki, “VAZ21074” (minik) markalı **-SO-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək hüququ ilə 5 ay 27 gün müddətinə Şəxs istifadəsinə verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs etibarnamə əsasında istifadəsində olan “VAZ21074” (minik) markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində çoxavazlı səs siqnalı təchiz edilmiş, 23 avqust 2021-ci il tarixdə saat 11:30-da həmin nəqliyyat vasitəsini Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti istiqamətində idarə edərkən qeyd olunan çoxavazlı səs siqnalından istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilməklə 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qəbul edilmiş qərarın icrası Şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə və inzibati xətanın bilavasitə obyekti olmuş xüsusi (çoxavazlı) səs siqnalının müsadirə edilməsi hissəsində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2029/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2029/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver