Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2033/2020 28.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, Şikayətçi X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş BNA 0818140, BNA 0820632, BNA ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolllar və onlar əsasında qəbul edilmiş 17 fevral, 18 fevral və xx xxxxxx 2020-ci il tarixli qərarlardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin barəsində tərtib etdiyi BNA 0818140, BNA 0820632, BNA ******* nömrəli inzibati xəta haqqında protokolun və onlar əsasında qəbul edilmiş 17 fevral, 18 fevral və xx xxxxxx 2020-ci il tarixli qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, barəsində şikayət edilən protokol əsasında qəbul edilmiş hər hansı bir qərar şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Şikayətdən göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən protokol tərtib edilmişdir, lakin həmin protokol əsasında qəbul edilmiş hər hansı qərar şikayətə əlavə edilməmişdir. İXM-in 129-cü maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Belə ki, şəxs barəsində hər bir inzibati xətaya görə ayrıca inzibati xəta haqqında protokol tərtib edilmiş və ayrıca inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, yəni ayrı-ayrı inzibati xəta haqqında icraat başlanılmış və aparılmışdır. Belə olan halda isə hər icraat üzrə qəbul edilmiş qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə ayrı-ayrılıqda şikayət verilməlidir. İXM-in 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilən məsələlərdən biri də İXM-in 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmamasını yoxlamaqdır. Protokoldan şikayətə baxmaq məhkəmənin səlahiyyətinə aid deyildir, protokol əsasında qəbul olunmuş qərar isə şikayətə əlavə edilməmişdir. Həmçinin bir neçə inzibati tənbeh vermə haqqında qərardan şikayətə bir icraatda baxılması qeyri-mümkündür. Ona görə də şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayətçi X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətvə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2033/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2033/2020
28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver