Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2035/2021 01.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş - Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi (PB) tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli protokolu və ona əlavə edilmiş materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Yasamal RPİ-nin 27-ci PB-si tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdıraraq hesab edir ki, məhkəməyə baxılması üçün təqdim edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən protokol və iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki: 1) Məhkəməyə təqdim edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu tərəfindən törədilməsi istinad edilən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi düzgün göstərilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş protokolda Yasamal Rayon Polis İdarəsinin PPXB-nün raportuna istinad edilərək Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi qeyd edilmişdir. Lakin müvafiq maddənin dispozitiv şərtləri 2 bənddən ibarət olması nəzərə alınaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən həmin maddənin hansı bəndində göstərilən xətanın törədilməsi qeyd edilməmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad edilən qanunun norması düzgün tətbiq edilməmişdir. 2) Məhkəməyə təqdim edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti, o cümlədən xəta nəticəsində hər hansı şəxsə zərər vurulması, əgər zərər vurulmuşdursa zərərçəkmiş şəxs haqqında məlumatlar ümumiyyətlə protokolda qeyd edilməmişdir. Barəsində inziabti xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı protokolda qeyd edilməmiş, həmçinin protokol onu tərtib etmiş vəzifəli şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamışdır. 3) Eyni zamanda iş materiallarına Şəxs ehtimal edilən polis işçisinin hansı qanuni tələblərinə tabe olmamasına dair təsdiqedici sübutlar əlavə edilməmiş, hətta zərərçəkməsi ehtimal edilən polis işçilərinin izahatları alınmamışdır. Belə ki, inzibati qaydada tutularaq məhkəməyə gətirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 31.08.2021-ci ildə avtomobili ilə evə gedərkən Yasamal rayon Polis İdaərsinin qarşısında YPX-nin əməkdaşlarının saxlama əmri ilə avtomobilini saxlamış, ondan manevr qaydasını pozduğu üçün avtomobili duracağa yerləşdirməyini tələb etmişlər. Lakin o, etiraz etmişdir. Bu səbəbdən onu bölməyə getməsini təklif etmişlər. O, da heç bir etiraz etmədən YPX-nin əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-nin sahə inspektoru X3 izahatında ehtimal edilən inzibati xəta hadisəsinin 31 avqust 2021-ci il tarixdə Yasamal RPİ-nin qarşısında baş verməsini bildirməsinə baxmayaraq buna dair məhkəməyə hər hansı təsdiqedici sübut təqdim edə bilməmişdir. Bunun səbəbini isə onunla izah etmişdir ki, YPX-nin əməkdaşları sübutlarını məhkəmədə təqdim edəcəklərini bildirmələrinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməkdən imtina etmişlər. X3 həmçinin protokoldakı yanlışlığın texniki səhv olmasını qeyd edərək protokol və ona əlavə edilmiş materialın geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və tərəfindən tərtib edilmiş protokolu müdafiə etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakı məlumatlar göstərilməlidir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edildiyi kimi inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla imperativ qaydada qanunvericiliyin tələblərinə uyğun olmaqla tərtib edilməlidir. Bu isə inzibati xəta haqqında qanunvericiliyin preventiv xarakterli olmasından irəli gəlir. Belə ki, protokol əsasında şəxsin “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” statusu yaranmış olur və şəxs protokol əsasında onun tərəfindən törədilməsi istinad edilən xətanın mahiyyəti barədə məlumatlanmaqla öz müdafiəsini orada göstərilənlərə əsasən qurur. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş protokol və ona əlavə edilmiş materiallardan isə görünür ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar protokolda ya düzgün qeyd edilməmiş, ya da ümumiyyətlə göstərilməmişdir. Belə olan halda isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz müdafiə hüququnu lazımi şəkildə qurmaq imkanından məhrum edilmiş olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun tərtibi ilə bağlı Azərbaycan Respublikası İXM-nin 100.1.3- 100.1.7-ci maddələrinin tələbləri pozulmuşdur. Həmçinin həmin protokola əlavə edilmiş material da qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Bakı şəhəri, Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və ona əlavə edilmiş material natamam olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından Yasamal RPİ-nin 27-ci PB-yə geri qaytarılmalıdır. Həmçinin iş materiallarından müəyyən edilir ki, Şəxs 01 sentyabr 2021-ci il tarixdə saat 00:30-da, eyni tarixli AZA seriyalı 014820 nömrəli protokol əsasında inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Yasamal RPİ-nin 27-ci PB-nə geri qaytarılsın. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2035/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2035/2021
01.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver