Məhkəmə qərarları › İş №3(004)-2037/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2037/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2037/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, Şikayətçi X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından şikayət verərək, barəsində qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində etibarnamə əsasında istifadəsində olan “FORD FUCİON” minik markalı, **-UK- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində Azərbaycan Respublikası Baş Dövlət Yol Polisinin inspektoru onu saxlayaraq təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyini bildirərək, sənədlərini tələb etmişdir. O, isə öz növbəsində, avtomobilə dair sənədləri təqdim edərək, təhlükəsizlik kəmərindən istifadə etdiyini, qaydanı pozmadığını və onunla razı olmadığını bildirmişdir. Dediklərinə baxmayaraq Dövlət Yol Polisinin inspektoru polis serjantı Asalan Ələkbərli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında ******* saylı, xx xxxx 2020-ci il tarixli protokol tərtib etmişdir. Protokolu tərtib edərkən YPX inspektoru Asalan Ələkbərli ona hüquq və vəzifələrini izah etməmiş, o, protokola imza etməkdən imtina etdikdə isə bu barədə heç bir qeyd aparmamışdır. Onun barəsində inzibati protokol tərtib edilərkən etirazını bildirən zaman YPX inspektoru təhlükəsizlik kameralarında inzibati xəta törətdiyi öz əksini tapdığını və şikayət verəcəyi təqdirdə sübutu olduğunu, həmin xətanın video görüntüsü olduğunu bildirmişdir. Odur ki, həmin vaxt onun avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyini özündə əks etdirən foto və video görüntülərin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Hesab edir ki, qeyd edilən inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Əlavə olaraq bildirmişdir ki, qərar ona xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6TP ******* saylı, xx.xx.2020-ci il tarixliinzibati xəta haqqında iş üzrə qərarına əsasən X2 xx xxxx 2020-ci il tarixdə saat 13:11 radələrində “Ford Fusion minik” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Səbail rayonu, R.Rza küçəsində hərəkət edərkən təhlükəsizlik kəmərini bağlamadan idarə etməqaydalarını pozduğu üçün İXM-in 329.1-ci maddəsi ilə təqsirli bilinib40 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, xx.xx.2020-ci il tarixli protokol əsasında çıxarılmışdır. Beləliklə əvvəl protokol qəbul edilmiş, sonra həmin protokol əsasında da qərar qəbul olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanıtörətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayətçi X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar