Məhkəmə qərarları › İş №3(004)-2040/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2040/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2040/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X5 iclas katibliyi ilə, X1 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər idarəsinin 13.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 13.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən onun barəsində 07.04.2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında onun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunmağım barədə 13 04 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərarda qeyd olunur ki, guya X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fərdi sahibkar X11 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən o, fərdi sahibkar kimi cərimə edilmişdir. O, 2018-ci ildən icarə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində Tbilisi prospekti 69B ünvanında yerləşən 'Galiano'' adlı obyektdə fəaliyyət göstərmişdir. Azərbaycanda pandemıyaya uyğun tətbiq edilən karantin rejimi qaydaları səbəbindən 26.01.2022-ci ildən 26.01.2032-ci ilədək fəaliyyətimi dayandırmışdır. 13 mart 2022-cı ıl tarixdə ərazi üzrə 27 PB-nin əməkdaşları tərəfindən həmin kafeyə baxış keçirilmiş, orada vaksin və ya immunitet pasportu olmayan müştəri aşkar edilmişdir. Lakin polis əməkdaşları tərəfindən yoxlama aparılarkən aşkar etdikləri bildirdikləri X2 işçisi olmamışdır. Həmçinin kafenin işçiləri xüsusi geyim formasında xidmət göstərirlər. Onun adına olan VOEN aktiv olmadığından işçiləri işə götürmək səlahiyyəti olmamışdır. Bildirmək istəyir ki, X7 ərizə ilə X9 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək Tbilisi prospekti 69B ünvanında yerləşən “Galiano” adlı obyektdə heç vaxt işləmədiyini bildirmişdir. Lakin, X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən sözügedən barəmdə tərtib edilmiş 07.04.2022-ci il tarixli, MN ******* saylı protokol və həmin protokol əsasında onun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə olunmağı barədə 13.04.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nın tələblərinə əsasən heç bir araşdırma aparılmadan və subutlar müqaisəlı şəkildə tədqiq edilmədən tərtib edilmişdir. Göründüyü kimi mövcud qanunvericiliyin konkret və birmənalı tələbləri pozularaq, onun barəsində əsassız olaraq, inzibatı tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 13.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X4 şikayət göstərilənlərlə razılaşmayaraq onun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 13.04.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərara əsasən X11 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əsasən fərdi sahibkar kimi X11 tərəfindən X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə 07.04.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 AR ƏƏSMN yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 13.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar