Məhkəmə qərarları › İş №3(004)-2047/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2047/2021

03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2047/2021 03.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 16.07.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 mənzilindən ona məxsus dəyəri 50 manat olan bir drelini və dəyəri 40 manat olan bir ədəd ov bıçağını oğurlayıb, R.Rəhimova ümumilikdə 90 manat məbləğdə maddi ziyan vurmaqla, xırda talama əməli törətmişdir. Həmçinin o, 26 iyul 2021-ci il tarixdə oğurluqda şübhəli bilindiyi üçün Yasamal RPİ 29-cu PB-nin sahə inspektoru, polis əməkdaşı Yusif Hətəmov tərəfindən saxlanılmış və oğurluq hadisəsi ilə əlaqədar izahat alınması üçün polis bölməsinə dəvət olunmuş, lakin o müqavimət göstərərək cibindən kəsici aləti çıxararaq özünü doğruyacağını bildirmiş və qaçmışdır, Bundan sonra 02.08.2021-ci il tarixdə xidmətdə olduğu zaman polis əməkdaşı Yusif Hətəmov və S.Quliyev, N.Əliyevlə birlikdə T.Nəsrəddinov yaşadığı ünvanda olmuşlar və T.Nəsirovu polis bölməsinə dəvət etmişlər, lakin T.Nəsirov yenidən polislərin tələblərinə əməl etməmiş, kəsici alətlə özünə xəsarət yetirmək istəmiş, hadisə yerinə ÇPA əməkdaşları çağırılmış və onların köməyi ilə bölməyə gətirilmişdir. Bununla da o, polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi tərəfindən 02.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətmədiyini, heç bir oğurluq etmədiyini oğurluq olmuş ünvandan ona məxsus barmaq izlərinin aşkarlanması barədə heç bir şey bilmədiyini, polis əməkdaşının onu saxlayıb bölməyə dəvət edərkən, bunun səbəbini bilmədiyi üçün özünə xəsarət yetirmək istədiyini, həmçinin evlərində olarkən də polis əməkdaşları onu bölməyə dəvət etsələr də, getmək istəmədiyini, polislərlə mübahisə etdiyini, göstərilən əməllərin inzibati xəta olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Yusif Hətəmov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməlləri törətmişdir. Onun barəsində İXM-in 227-ci maddəsinə görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Həmçinin T.Nəsrəddinovu təhqiqatçının tələbi ilə bölməyə izahatının alınması üçün dəvət etsə də 1 dəfə yolda özünə kəsici alətlə xəsarət yetirmək istəmiş, bundan istifadə edib, oradan qaçmışdır. 2-ci dəfə isə izahat almaq üçün dəvət edilsə də, əllərini arxasına qoyub evlərindəki çarpayının üstündə oturmuş, getmək istəməmiş, onlarla mübahisə edərək, tələblərinə tabe olmamışdır. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Elnur Məmmədovun 26.07.2021-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İş materiallarında olan DİN Kriminalistin Tədqiqatlar idarəsinin 31.07.2021-ci il tarixli məktubunun surətindən görünür ki, 16.07.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 mənzilində baş vermiş oğurluq hadisəsi ilə əlaqədarhadisə yerindən götürülmüş əl izləri X2 məxsus olması müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətaları törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, Kriminalistik Tədqiqatlar İdarəsinin məktubu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Yusif Hətəmovun tərtib etdiyi 02.09.2021-ci il tarixli Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı 02.09.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 15:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 03 ay (üç ay) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02.09.2021-ci il tarixindən, saat 15:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar