Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2048/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı ünvan 1rləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı Hüquq Departamentinin İnzibati İcraat və Məhkəmə İşləri Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən 90000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC Bankda olan hesabından 09.08.2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı qündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 90000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Bununla da o, İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 02.09.2021-ci il tarixli, MN №0433921 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, məhkəmənin icraatında olan N 3(004)-2048/2021 saylı inzibati iş üzrə materiallardan göründüyü kimi, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında tənbehin tətbiq edilməsi ilə bağlı iş aparılır. İş materiallarında olan MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs MMC tərəfindən 09.08.2019-cu il tarixində 90.000 (doxsan min) USD pul vəsaiti xaricə köçürülmüş, lakin vəsait hesabın alınan mallar ölkəyə idxal edilməmişdir. Qeyd etmişdir ki, Mərkəzi Bank tərəfindən inzibati xəta haqqında protokol tərtib olunarkən Şəxs MMC dəvət olunmayıb. X3 Məcəlləsinin 60cı maddəsinə əsasən, xəta üzrə protokol tərtib edən dövlət orqanı barəsəsində icraat aparılan şəxsə ən azı 5 gün qabaqcadan rəsmi qaydada xəbər verməli və ona öz müdafiəsini hazırlamağa şərait yaratmalı idi. Buna görə də əslində həmin tarixədə köçürmənin olmadığnı təsdiq edən sənədləri tədim edə bilməmişlər. Şəxs MMC tərəfindən 09.08.2019-cu il tarixində "xxxx" ASC vasitəsi ilə xarici ölkəyə hər hansı pul vəsaiti köçürülməyibdir. Etiraza əlavə olunan Şəxs MMC-nin bank hesabından çıxarışda həmin tarixdə hər hansı xarici ölkəyə köçürülmənin olmadığı öz təsdiqini tapır. Nəticə etibarilə, protokolda qeyd olunan tarixdə pul vəsaiti xairici ölkəyə köçürülmədiyindən inzibati xəta hadisəsi də mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq, məhkəməninin icraatında olan N 3(004)-2048/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında həmin MMC-nin inzibati xəta törətməməsini bildirsə də, ölkədən kənara protokolda qeyd edilən tarixdə valyuta köçürmədiyini qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edilməmişdir. Bundan fərqli olaraq valyutanın köçürülməsi, həmin valyutanın köçürüldüyü "xxxx" ASC-nin 16.08.2021-ci il tarixli, PB/PBL-OUT-01291-2021 saylı məktubda qeyd edilmişdir. Bununla da Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, "xxxx" ASC-nin 16.08.2021ci il tarixli, PB/PBL-OUT-01291-2021 saylı məktubu ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 90000,00 ABŞ dollarının 20% məbləğində, yəni 18000 ABŞ dolları (on səkkiz min dollar) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2048/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2048/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver