Məhkəmə qərarları › İş №3(004)-2050/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2050/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2050/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər X11 İdarəsinin nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X11 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, onun idarəetməsində olan LADA LARGUS minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. 07 aprel 2024-cü il tarixdə idarə etdiyi bu minik avtomobili ilə Bakı şəhərinin girəcəyində hərəkəti zamanı inzibati Xətalar Məcəlləsinin 327.2-cü maddəsi ilə ona 80 manat cərimə yazılmışdır. O, əvvəlcə bundan xəbərsiz olmuşdur. Bununla bağlı məlumat əldə edəndən sonra özü üçün araşdırdımışdır ki, idarə etdiyi minik avtomobili ilə əlaqədar yazılmış belə əsassız cərimə əsassızdır. Belə cərimə tətbiqi ilə qətiyyən razı deyil və hesab edir ki, bu qərar ləğv edilməlidir. Əlavə məlumat üçün məhkəməyə bildirir ki, o, Bakı şəhəri ərazisində dəyirmi döngəyə çatarkən digər tərəfdən baş yolla hərəkət edən avtomobil həmin döngəyə daxil olduğundan o, idarə etdiyi avtomobili saxlamış, həmin maşın keçib getdikdən sonra öz avtomobilinin hərəkətini davam etdirmişdir. Bu zaman o, düzgün etmiş və heç bir qanun pozuntusuna yol verməmişdir. Surətini bu ərizəyə daxil etdiyi xx.xx.2024-cü il tarixli, TP ******* saylı cərimə qərarında yazılmışdır ki, o, qeyd edilmiş tarixdə saat 09:52-də idarə etdiyi LADA LARGUS minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu əsas götürülərək ona 80 (səksən) manat məbləğində cərimə edilməyi haqqında tənbeh növü tətbiq edilmişdir. Bu xx.xx.2024-cü il tarixli, TP ******* saylı cərimə qərarı əsassızdır, çünki, o, bunun sübutunu istəyərkən YPX-nin əməkdaşı heç bir fotoşəkili və videogörüntünü sübut kimi ona verməmişdirlər. Odur ki, onu cərimələyən orqan bu əsassız qərarını sübut etməlidir. Sözügedən cərimə qərarının özündə də X8 hansı əsasda və necə pozmağına dair açıq-aydın heç nə yazılmamışdır. Lakin iş üzrə aşkar görünür ki, DYP, YPX-nin Bakı şəhər şöbəsi əməkdaşının onun X8 pozmağı barədə qərarı olsa da bunun açıq-aydın yazılmış səbəbi yazılmayıb və təsdiqedici sübutları yoxdur. Odur ki, barəsində tərtib olunmuş bu inzibati tənbeh qərarı ləğv edilməli və 80 manat cərimə onun adından silinməlidir. Odur ki, xx.xx.2024-cü ıl tarixli, TP ******* saylı qərar əsasında 80 manat cərimənin ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. Hazırda video materialları məhkəməyə təqdim edir. Aydın şəkildə görsənir ki, şikayət verən şəxs dairədə əsas yolla hərəkətdə olan avtomobillərə yol verməli olduğu halda, nəqliyyat vasitəsini saxlamadan hərəkət edir və qəza şəraiti yaradır. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən X4 07 aprel 2024-cü il tarixdə saat 09:52 radələrində “LADA LARGUS minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolda hərəkət edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. İşə baxılarkən səlahiyyətli orqan Bakı şəhər X10 İdarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin təhlükəsiz şəhər kameralarında qeydə alındığı videogörüntü olan CD diskə baxış zamanı X3 idarə etdiyi avtomobillə İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Ona görə də şikayətçinin həmin yolda svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsində İXM-nin 327.2-ci maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar