Məhkəmə qərarları › İş №3(004)-2051/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2051/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2051/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyiilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X15 Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildəŞuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasınınvətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Yasamal rayonu Yeni Yasamal 1, ev 14, mənzil 192 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 332.1, 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət X19 (DYPİ) tərəfindən tərtib edilmiş protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:15-də sürücülük hüququ olmadan idarə etdiyi “Volkswagen Jetta” (minik) markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ilə A.Sultanova küçələrinin kəsişməsində svetoforun qadağanedici işarəsinin tələbini pozaraq hərəkətini davam etdirmiş və sol istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Toyota Prius” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobil əzilmiş və avtomobilin sahibinə maddi zərər dəymişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə), 332.1-ci ( Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 332.4-cü (İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə)maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-nin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru X10 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ, eyni zamanda müvafiq etibarnaməsi olmadan atasına məxsus “Volkswagen Jetta” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx xxxxxx 2020-ci il tarixdə saat 14:15 radələrində Şərifzadə küçəsi ilə üzü Ayna Sultanova küçəsi istiqamətində yerləşdirilmiş nizamlayıcı svetoforun qadağanedici işarəsinin tələbini pozaraq hərəkət etmiş və Mətbuat prospekti ilə A.Sultanova küçələrinin kəsişməsinə daxil olaraq öz istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobil əzilmiş və onun sahibi X6 maddi zərər dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, X10 protokolu müdafiə edərək Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, sürücülük vəsiqəsi almaq üçün hazırda təlim kurslarında təhsil alır, mütəmadi olaraq təlim avtomobilini idarə edərək yol hərəkəti qaydalarını öyrənir. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində himayəsində olan azyaşlı övladının yüksək hərarəti qalxdığından özünü itirmiş və təcili dərman almaq məqsədilə həyətdə olan atasına məxsus nəqliyyat vasitəsi ilə aptekə getmək qərarına gəlmişdir. Bu məqsədlə atasının istifadəsində olan “Volkswagen Jetta” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şərifzadə küçəsi iləüzü Ayna Sultanova küçəsi istiqamətində yerləşdirilmiş nizamlayıcı svetoforun qırmızı işığının yanmasını həyəcanlı olduğundan görməmiş, hərəkətini davam etdirərək Mətbuat küçəsi ilə A.Sultanova küçələrinin kəsişməsinə daxil olmuş və bu vaxt öz istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Hadisə nəticədə sonuncu avtomobil əzilmiş və onun sahibi X6 maddi zərər dəymiş, xəsarət alan olmamış, dəymiş ziyan isə sığorta şirkəti tərəfindən aradan qaldırılmışdır. Şəxs törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, övladının xəstə olması ilə əlaqədar yaranmış ağır vəziyyətdə qeyd edilən inzibati xətanı ehtiyatsızlıq nəticəsində törətdiyini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə zərər çəkmiş şəxs X6 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və onun tərəfindən məhkəmə iclasının təxirə salınmasına dair hər hansı bir vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4 və 112.1.4-cü maddələrinə əsasən işə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X2 izahatı məhkəmə iclasında elan edilərkən müəyyən edildi ki, o, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərilən xüsusatlara oxşar məzmunlu izahat vermiş və hadisə nəticəsində ona məxsus nəqliyyat vasitəsinə maddi ziyan dəydiyini və heç bir bədən xəsarəti almadığını bildirmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş yol nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən müəyyən edilir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:15-də sürücülük hüququ olmadan idarə etdiyi “Volkswagen Jetta” (minik) markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ilə A.Sultanova küçələrinin kəsişməsində svetoforun qadağanedici işarəsinin tələbini pozaraq hərəkətini davam etdirmiş və sol istiqamətdə, yəni Mətbuat prospektindən üzü M.Müşfiq küçəsi istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “Toyota Prius” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobil əzilmiş və avtomobilin sahibinə maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş AD seriyalı 579564 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Volkswagen Jetta” (minik) markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş X3 tərəfindən verilmiş ƏN-V seriyalı 035213 nömrəli etibarnamədən müəyyən edilir ki, “Volkswagen Jetta” (minik) markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 xx xxxxxxxx 2020-ci il tarixədək idarə etmək hüququ ilə etibar edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə Sistemi”ndən çıxarılmış məlumatlardan müəyyən edilir ki, X8 barəsində protokol tərtib edilmiş Şəxs atasıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Web Portalı çıxarışından müəyyən edilir ki, “Toyota Prius” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X12 tərəfindən xx.xx.2025-ci il tarixədək idarə etmək hüququ ilə X6 etibar edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan atası X4 istifadəsində olan “Volkswagen Jetta” (minik) markalı **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək xx xxxxxx 2020-ci il tarixdə saat 14:15-də Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ilə A.Sultanova küçələrinin kəsişməsində svetoforun qadağanedici işarəsinin tələbini pozaraq hərəkətini davam etdirmiş, bu vaxt o, sol istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Toyota Prius” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sonuncu avtomobilin istifadəçisi X6 maddi zərər dəymişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmə xətasına görə -altmış manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi xətasına görə- qırx manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi xətasına görə- yüz manat məbləğində cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən isə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs himayəsində iki azyaşlı övladının olması və onun əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdırıcı hal aşkar edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından müəyyən edilir ki, barəsində protokol tərtib edilmiş Şəxs himayəsində iki azyaşlı, yəni on dörd yaşınadək övladı vardır. Odur ki, məhkəmə qeyd edir ki, onun barəsində İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri tətbiq edilərək, ona təqsirli bilindiyi daha ciddi xətaya görə, yəni həmin Məcəllənin 332.4-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114-117, 128-130 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1. və 332.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri tətbiq edilərək, ona təqsirli bilindiyi daha ciddi xətaya görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar